Icma.az
close
up
RU
Xroniki ağrını azaldan neyronlar müəyyən edildi

Xroniki ağrını azaldan neyronlar müəyyən edildi

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir qrup neyronun bloklanmasının xroniki ağrıları, o cümlədən baş ağrılarını yüngülləşdirməyə kömək etdiyi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pensilvaniya Universitetinin alimləri müəyyən edib.

Məlumata görə, laboratoriya siçanları üzərində aparılan təcrübələr zamanı alimlər xüsusi neyron populyasiyasını aşkarlayıblar. Bu neyronlar ilkin ağrı təsirindən məsələn, sinirin zədələnməsindən sonra aktivləşir və təsir bitdikdən sonra belə fəaliyyətini saxlayır.

Qeyd olunub ki, bu neyronlar beynin parabrachial nüvəsi boyunca yayılıb. Həmin sahə ağrı siqnallarının ötürülməsində iştirak edir və eyni zamanda tənəffüs, yuxu, qorxu reaksiyası və digər əsas fizioloji prosesləri tənzimləyir.

Tədqiqatçılar neyronlarda Y1R reseptorları olduğunu müəyyən ediblər. Bu reseptorları daşıyan neyronlar süni şəkildə aktivləşdirildikdə siçanlarda ağrı hissinə xas davranışlar müşahidə olunub. Neyronlar bloklandıqda isə xroniki ağrı simptomları zəifləyib, lakin kəskin ağrı reaksiyaları qalmaqda davam edib.

Ayrı bir sıra təcrübələrdə, davamlı ağrıları olan siçanlar müxtəlif stresslərə məruz qalıblar, məsələn, qida və sudan məhrum edilmiş və ya yırtıcıların sidik qoxusu olan bir mühitə yerləşdirilib. Bu şərait xroniki ağrı reaksiyasının azalmasına səbəb olub; məsələn, zədələnmiş əzələlərə toxunulduqda heyvanlar reaksiya göstərməyib. Bu, siçanlarda uzun müddətli aclıq zamanı aktivləşən ağrını basdıran təbii mexanizmin mövcudluğunu göstərir.

Bildirilib ki, bu kəşf xroniki ağrının molekulyar mexanizmlərinin öyrənilməsi üçün əhəmiyyətli hesab olunur. Gələcəkdə Y1R neyronlarının bloklanması insanlar üçün də potensial ağrı yüngülləşdirici üsul ola bilər, lakin bu nəzəriyyəni təsdiqləmək üçün əlavə tədqiqatlar tələb olunur.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri