Icma.az
close
up
RU
Xroniki qastrit

Xroniki qastrit

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Qastrit – mədənin selikli qişasının iltihabi xəstəliyidir.

Xroniki qastrit – uzun illər ərzində davam edən, bəzən sakitləşən, bəzən isə - əsasən də yaz və payız aylarında kəskinləşmə verən xəstəlikdir.

Xroniki qastrit – ən çox yayılmış xəstəliklərdəndir.

Hal-hazırda xroniki qastritin iki əsas formasını ayırd edirlər – məhdudlaşmış qastrit və yayılmış qastrit. 1-ci halda iltihabi proses yalnız mədənin çıxış hissəsini, 2-ci halda isə bütün mədəni əhatə edir.

Məhdudlaşmış qastrit – mədənin məhz bu hissəsində yaşamağa uyğunlaşmış xüsusi bakteriyalar tərəfindən törədilir. Bu formanın inkişaf etməsinə həmçinin kimyəvi qıcıqlandırıcılar olan – spirtli içkilərin və ədviyyatların (acı bibər, sirkə) xeyli miqdarda qəbul edilməsi də kömək edir. Məhdudlaşmış qastritin kəskinləşməsi zamanı xəstələrdə kəskin ağrı, gəyirmə, qıcqırma, bəzən isə qusma kimi əlamətlər baş verə bilər. Məhdudlaşmış qastritin əsas təhlükəli fəsadı isə - mədə xorasının inkişaf etməsidir.


Məhdudlaşmış qastritdən fərqli olaraq, yayılmış qastriti olan xəstələrdə - kəskin ağrılar, dispeptik pozğunluqlar (meteorizm, mədədə qurultu və s.) praktiki olaraq qeyd edilmir. Xəstəliyin kəskinləşməsi zamanı belə xəstələrdə gəyirmə, qarınüstü nahiyədə isə ağırlıq hissiyyatı qeyd oluna bilər.

Qastritin bu forması zamanı baş verən əsas pozulma – mədə şirəsinin və xlorid turşusu ifrazının get-gedə azalmasından ibarətdir ki, bu da həzm prosesinə çox mənfi təsir edir.

Qastritin bu formasının uzun müddət ərzində davam etməsi mədə poliplərinin və mədə şişlərinin əmələ gəlməsinə səbəb ola bilər. Qanyaratma sistemində mənfi təsir etdiyi üçün bu xəstəlik bir çox hallarda qanazlığı (anemiya) ilə müşayiət olunur.


Beləliklə, xroniki qastrit – bir çox insanların fikirləşdiyi kimi, heç də “zərərsiz” xəstəlik deyil. Xroniki qastritin təhlükəliliyi ondan ibarətdir ki, o daha ağır və ciddi mədə xəstəlikləri olan mədə xorası, mədə polipləri və mədə şişlərinin inkişaf etməsi üçün özül (bünövrə) hesab edilir.

Xroniki qastriti olan xəstələr daim həkim-qastroenteroloqun nəzarətində olmalı, onun məsləhətlərinə riayət etməli, xəstəliyin kəskinləşməsi zamanı isə müvafiq müalicə kursu almalıdırlar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri