Icma.az
close
up
RU
Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastır kompleksində bu ilin avqust-sentyabr aylarında ilkin arxeoloji tədqiqat işlərinə başlanılıb. Tədqiqatlar Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi məqsədilə həyata keçirilir.
Bizim.Media xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası tərəfindən aparılan arxeoloji kəşfiyyat işlərinin ilkin nəticələri barədə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent, Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri Natiq Alışov məlumat verib.

İlkin tədqiqatların nəticələrinə əsasən, Xudavəng monastır kompleksi Qafqaz Albaniyasının mühüm dini mərkəzlərindən biri olmaqla yanaşı, müxtəlif tarixi dövrləri əhatə edən zəngin mədəni təbəqələrə malikdir. Ərazidə aparılan arxeoloji yoxlamalar zamanı son antik dövrə, erkən orta əsrlərə və orta əsrlərə aid mədəni qatlar qeydə alınıb. Bu tapıntılar kompleksin tarixinin təxminən iki minillik dövrü əhatə etdiyini göstərir.

Məlumata görə, son antik dövrə aid sahə işğal dövründə ciddi dağıntılara məruz qalıb. Ərazinin böyük hissəsi təmir-tikinti işləri zamanı salınmış yol infrastrukturu və kilsəyə aparan pilləli yolun altında qalıb. Həmin dövrə və erkən orta əsrlərə aid tikililərin daşlarından isə kompleksin ərazisinin hasarlanmasında istifadə edilib.
Erkən orta əsrlərə aid sahələrin bir hissəsi işğal dövründə təsərrüfat məqsədləri üçün istifadə olunub. Kəlbəcər işğaldan azad edildikdən sonra ərazidə yerləşən Rusiya sülhməramlı kontingenti tərəfindən abidənin cənub istiqamətində səngərlər qazılıb, erkən orta əsrlərə aid tikili sahələrinin bir qismi idman meydançasına çevrilib.

Orta əsrlərə aid tikililərdə isə 1993-2020-ci illərdə aparılmış bərpa və tikinti işləri nəticəsində abidənin daxili interyerinə və xarici görünüşünə müdaxilələr edildiyi bildirilir. İlkin araşdırmalar zamanı qanunsuz tikinti-quraşdırma işləri və arxeoloji müdaxilələr nəticəsində mövcud mədəni təbəqələrin zədələndiyi müəyyənləşdirilib.

Gələcəkdə Xudavəng monastır kompleksinin son antik və erkən orta əsrlərə aid sahələrində müntəzəm arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Erkən orta əsrlərə aid ərazidə arxeoloji tədqiqatlarla yanaşı, bərpa və konservasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Orta əsrlərə aid tikililərin araşdırılması zamanı isə arxiv fotoşəkillərindən istifadə olunmaqla işğal dövründə kilsə və ibadətgahların daxili və xarici görünüşündə aparılmış dəyişikliklər, eləcə də abidənin tarixi-mədəni irsinə müdaxilə faktları ətraflı təhlil ediləcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Oktyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri