Icma.az
close
up
RU
Xudayarın anası iddialara aydınlıq gətirdi

Xudayarın anası iddialara aydınlıq gətirdi

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış araşdırmaçı jurnalist Samir Feyruzovun şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə ilə bağlı paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Jurnalist iddia edir ki, illərdir Radə Yusifzadənin Bərdə sakinlərini boğaza yığır. O, Şuşaya səfər edən ziyarətçilərin Cıdır düzündəki qayalıqlara şəhidlərin adlarını yazdığını, həmin yazıların isə aidiyyəti qurumlar tərəfindən silindiyini bildirib. S.Feyruzovun sözlərinə görə, bundan sonra Radə Yusifzadə Xudayar Yusifzadənin adının qayalıqdan silinməsinə etiraz edib.

Axar.az xəbər verir ki, Radə Yusifzadə Bakupost.az-a açıqlamasında etirazının Xudayarın adının silinməsi ilə bağlı olmadığını bildirib:

“Mən etiraz etməmişəm ki, niyə silinib. Mənim etirazım bu olub ki, o ərazidə milyonlarla ad yazılıb. Niyə məhz Xudayar və Turqutun adını prim toplamaq üçün paylaşıblar? Mənim etirazım bu olub. Gəlin, sizə göstərim, orada o qədər sözlər var -“Ayşə" , "Gülşən, səni sevirəm", "filankəs"...

Bir də o adı mən yazdırmamışam. Onu 2021-ci ildə hansısa hərbçilər yazıblar. Mən heç tanımıram ki, o hərbçilər kimdir.

Mən sabah Şuşa Qoruğunun rəhbəri Səmayə xanımı məhkəməyə verəcəyəm. Eyni zamanda bəzi saytları və Samir Feyruzovu da məhkəməyə verəcəyəm. Samir Feyruzov bilmirəm, kimdir, nəçidir, məni təhqir edir. Bir şəhid anası mənə ağlaya-ağlaya yazıb ki, Radə xanım, mənim şəklimi qoyub sizin haqqınızda yazıblar. Çox maraqlıdır, heç Xudayarın anasını tanımırlar, başqa adamın şəklini qoyub mənim haqqımda yazıblar.

Allah cənab Ali Baş Komandanımıza can sağlığı versin. Onun sayəsində bu torpaqlarımızı alıblar. Cənab Ali Baş Komandan şəhidlərimizin adının əbədiləşdirilməsini hər tərəfdən bəyan edib. Samir Feyruzov yazıb ki, Xudayarın adına Abşeron rayonunda küçə verilib. And olsun Allaha, mən o küçəni heç görməmişəm, xəbərim yoxdur. Samir Feyruzov bunu haradan çıxarır?

Xudayarın oxuduğu məktəbdə büstü qoyulub. Xankəndidə Zəfər muzeyində onun adına pilləkən qoyulub. Bu gözəllikləri yaradan cənab Prezidentdir. Mən niyə hansısa qayanın üstündə silinən ada etiraz edim? Mənim sadəcə etirazım budur ki, niyə orada yüzlərlə ad yazılıb, amma Xudayarın və Turqutun adını prim toplamaq üçün paylaşaraq şou yaradırlar?

Bəzi saytlar paylaşım edərək məni təhqir etdirdilər. Şəhid anası kimi onların hamısına minnətdaram. Beləcə erməni qanlı şəxslərin hansı saytlarda olduğu üzə çıxdı: şəhid anasını təhqir etdilər, bunların xoşuna gəldi.

O qayalığa gələn erməni qanlılar başqa ehtiyaclarını ödəyirlər. Mənə lazımdır orada oğlumun adı? Mənim oğlumun adı tarixə yazılıb. Daşdan silmək olar, tarixdən silmək olar?Mənə nə lazımdır ki, oğlumun adını qayaya yazdırım? Mən heç kimə deyə bilmirəm dərdimi. Ancaq məhkəməyə üz tutacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri