Xudayarın anası: “Hamısını məhkəməyə verib, təzminat alacağam”
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.
Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.
“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.
Həmçinin, Rada Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib.
"O yazını mən yazmamışam. Biz özümüz də istəyirdik ki, o yazı silinsin. Mən o yazının silinməsinə heç bir etiraz etmirəm. Allah Ali Baş Komandanımızın canına sağlıq versin. Xankəndidə gözəl Zəfər Parkı yaradılıb. Orada Xudayarın təsviri var. Bundan gözəl, bundan böyük, bundan şərəfli nə ola bilər?”, - deyə şəhid anası bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















