Icma.az
close
up
RU
Xulio İqlesias cinsi istismar ittihamları ilə üz üzə

Xulio İqlesias cinsi istismar ittihamları ilə üz üzə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Karyerası boyunca “Qremmi” də daxil olmaqla onlarla nüfuzlu mükafata layiq görülən dünyaşöhrətli ispan müğənni Xulio İqlesias iki keçmiş qadın əməkdaşı tərəfindən cinsi təcavüz və zorakılıqda ittiham olunub.

Kulis.az xəbər verir ki, “Gwendolyne”, “La Paloma”, “Je Ne Pas Change” kimi məşhur mahnıları ilə tanınan 82 yaşlı sənətçi barədə iddialar İspaniyada “El Diario”, ABŞ-da isə ispan dilində yayımlanan “Univision Noticias” nəşrlərində dərc edilib.

Məlumata görə, qadınlardan biri Xulio İqlesiasın qulluqçusu, digəri isə fizioterapevti olub. Onlar 2021-ci ildə məşhur müğənninin Dominikan Respublikası, Bahamalar və İspaniyadakı evlərində çalışdıqları müddətdə cinsi təcavüz və fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.

Keçmiş əməkdaşlar iddialarını təsdiqləmək üçün iş sənədlərini, fotoşəkilləri, səs yazılarını, votsap yazışmalarını, zəng qeydlərini və miqrasiya icazələri üçün etdikləri müraciətləri aidiyyəti ölkələrin rəsmi qurumlarına təqdim edərək hüquqi proses başladıb.

Qadınlar verdikləri açıqlamalarda Xulio İqlesiası cinsi zorakılıq, sillə vurma, təhqir, təcavüz və təkcə özlərini deyil, digər işçiləri də sistemli şəkildə alçaltmaqda ittiham ediblər.

Xəbərə imza atan 5 jurnalist isə bildirib ki, müğənninin özü və ya hüquqi nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri cavabsız qalıb.

İddialarla bağlı Xulio İqlesias tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Bu qalmaqal, sənətçinin onilliklər boyu formalaşmış ictimai imicinə ciddi kölgə salan ən ağır ittihamlardan biri kimi dəyərləndirilir.

Qeyd edək ki, Hollivud Şöhrət Xiyabanında ulduzu olan azsaylı latın ifaçılardan biri olan Xulio İqlesias indiyədək 80-dən çox albom buraxıb. Onun albomlarının 300 milyondan artıq nüsxəsi satılıb. Müğənni Frank Sinatra, Stiv Vonder kimi dünya ulduzları ilə də əməkdaşlıq edib.

Xulio İqlesias 1971–1979-cu illərdə İsabel Preysler ilə evli olub. Bu nikahdan Çabeli İqlesias, Xulio İqlesias Jr. və Enrike İqlesias adlı üç övladı var. Enrike İqlesias da atasının yolunu davam etdirərək dünya səviyyəli pop ulduza çevrilib.

Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər Nobel mükafatını ən gənc yaşda almış yazıçı - Onu niyə "Britaniya imperializminin peyğəmbəri" adlandırırdılar? “Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri