Xulio İqlesias cinsi zorakılıqda ittiham olundu
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur ispaniyalı müğənni Xulio İqlesias cinsi təcavüzdə ittiham olunub.
"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "elDiario" elektron qəzeti məlumat verib.
Məlumata görə, iki qadın Xulio İqlesiasın malikanəsində işlədiyi zaman onun tərəfindən cinsi qısnamalara və zorakılığa məruz qaldığını iddia edib.
Qəzetin məlumatına görə, hadisələr 2021-ci ildə müğənninin 77 yaşında ikən Dominikan Respublikası və Baham adalarındakı evlərində baş verib. Qadınlardan biri ev işçisi, digəri isə fizioterapevt olub.
Qeyd edilir ki, nə müğənni, nə də onun vəkili bu iddialarla bağlı nəşrin suallarını cavablandırıb.
82 yaşlı Xulio İqlesias kommersiya baxımından ən uğurlu ispandilli sənətçilərdən biridir. O, onlarla albom buraxıb. Rəsmi versiyaya görə, müğənninin səkkiz övladı var, onlardan biri Enrike İqlesiasdır. O da atasının yolunu davam etdirib və məşhur ifaçı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 13 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















