Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Xurşidbanu Natəvan: 273 yaşlı Şuşamızın 193 yaşlı qızı

Xurşidbanu Natəvan: 273 yaşlı Şuşamızın 193 yaşlı qızı

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyaya Xan qızı kimi gələn, lakin həyatın keşməkeşlərinin natəvanına çevrilən, ömrünün bir hissəsini Xurşid, bir hissəsini isə Natəvan kimi yaşayıb-yaradan azərbaycanlı qadın haqqında danışmaq istəyirəm. Şuşanın gözəl təbiətini misralayıb sətirlərə köçürən, bəzən aşiq, bəzən təbiət vurğunu, bəzən kədər şairi, bəzən dövrana, haqsızlığa qarşı çıxan söz-sənət adamından bəhs etmək istəyirəm. 2022-ci ildə ölkə Prezidentinin sərəncamı ilə anadan olmasının 190 ili zəfərli ölkədə qeyd olunan Xurşidbanu Natəvandan söhbət açmaq istəyirəm.

Doğulduğu ata-baba yurdu–Şuşası 30 il işğal altında qalan, qəbri, məqbərəsi dağıdılan, sümükləri yağı düşmən tərəfindən oğurlanan, həmyerliləri doğmasından qoparılan, bütün tarixi, mədəniyyət abidələri məhv edilən bir şəhərin qızından- Natəvandan. Bir də azad olunan yurdunda bu gün ruhu azad dolaşan, məqbərəsi bərpa olunan Şuşa gözəlindən, poeziyası ömrünün akkordlarına çevrilən ilk azərbaycanlı şairədən danışmaq istəyirəm.

Sarayın tək incisi

Qarabağın sonuncu xanı Mehdiqulu xan tək övladına anası Xurşidbanunun adını vermişdi. Xan nəslinin sonuncu vərəsəsi Xurşidbanu tək övlad olduğu üçün sarayın tək incisi çağırılırdı. Yaxşı tərbiyə görən bu qız yaxşı da təhsil almışdı. Ərəb, fars dillərini mükəmməl öyrənməsi onun ədəbiyyatımızın klassiklərini oxumasına şərait yaratmışdı. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi qohumlarının ruhu şeir üstə köklənən bu qızın şair kimi formalaşmasında xüsusi əməkləri olmuşdu.

Şuşanın bənzərsiz təbiət gözəllikləri isə sən demə bu Şuşa gözəlinin ruhunu zamanla oxşayacaqdı. Bu oxşamalarla o, gözü önündəki gözəllikləri misralayıb gözəl sənət əsərləri meydana çıxaracaqdı. Belə də oldu. Şairənin təbiəti vəsf edən şeirlərinin leymotivini məhz Şuşanın ecazkar təbiəti təşkil edir. Xurşidbanu özü tək inci idi, özü kimi də ölməz, həmişəyaşar incilər yaratdı. Bu gün də dəyərli, oxunaqlı, oxuduqca insanı düşündürən incilər....

Elin “Xan qızı”

Sarayın tək incisi məxsus olduğu elin dilində “Xan qızı” idi. Xan qızı olduğu həyatının bütün mərhələlərində xanlara layiq xüsusiyyətləri ilə meydana çıxırdı. Mənsub olduğu soyun, kökün, nəslin böyüklüyü onun xarakterində özünü büruzə verir, əməlləri bunu təsdiq edirdi. Xan qızına məxsus keyfiyyətləri onu xeyriyyəçilik kimi yüksək insani hisslə də birləşdirmiş, torpağına, elinə bağlı bu qadını şəxsiyyətə çevirmişdi. Xurşidbanu Natəvanın Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil etməsi, 1873-cü ildə Şuşaya su kəmərini çəkdirməsi (bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur), Araz çayından Mil düzünə su kəməri çəkməyə təşəbbüs etməsi onun xan nəslinə məxsusluğunun, eyni zamanda idarəetmə bacarığına malik qadın olduğunun göstəriciləri idi. Şairənin həyatına nəzər saldıqda onun həm gözəl şair, həm xeyriyyəçi, həm mehriban ana olması və bunların hər birini özünəməxsus şəkildə ifadə edə bilməsi onun 193 il sonra da eyni hörmət, dəyərlə anılmasını şərtləndirən amillərdir.

Həyatın natəvanı

Bəli, Xurşidbanu dünyaya xan sarayında gəldi, xan qızı idi, əzizlənib tək inci kimi sevilirdi də. Bütün bunlar taleyin ona nəsib etdikləri idi. Lakin taleyin irəlidə daha nə payları var idi, onun heç ağlına belə gələ bilməzdi. Xurşidbanu bu taleyi həyatının irəlidəki illərində yaşayacaqdı. Bu alın yazıları bir-birinin ardınca yaşandıqca, onlar şairənin qələmindən süzülüb ömür kitabının səhifələrinə çevriləcəkdi. Və o, özünə yeni ad verəcəkdi-Natəvan. Mənası kimsəsiz, köməksiz, zəif anlamına gələn bu söz onun həyatının sonunadək hər addımında qarşısına çıxdığı üçün elə adına artıracağı təxəllüsə çevriləcəkdi.

Xurşidbanu Natəvan poeziyasına dalarkən o, hər misrasında vüsala yetməyən, sevdiyinə qovuşmayan bir qadın obrazı kimi canlanır gözlər önündə... Xan qızı hesab edib, hər istəyinə çatar deyə sandığımız qadının bir qədər də ömründən perik düşən sevdasından danışaq...

Sən qeyrilər ilə üns tutdun, bilməm niyə yarını unutdun...

Bu, ayrı-ayrı misralarda Natəvanın ömür kitabının səhifələrinə çevrilib. Hər misra onun xoşbəxtliyə, sevməyə, sevilməyə can atmasından, hər dəfə də əlinin boşa çıxmasından danışır. Sanki məhəbbət Natəvan üçün bağçadakı tikanlı qızılgüldür. Hər əlini atıb qoparmaq istəyəndə, əlinə batan tikanların arasından süzən qandır.

Deyirlər, poeziya o zaman təsiredici olur ki, o, içdən gələn hisslərlə yazılır. İçdən gələn hisslər isə düşünürəm ki, o zaman təsirli olur ki, orada əlçatmayan bir hiss olur. Məhz bu zaman oxunan əsər göz yaşartmaq, ürək sızlatmaq gücünə malik olur. Natəvanın misraları kimi:

Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,

Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.

-deyən şair başqa bir qəzəlində:

Mənə ki, guşeyi-çeşm ilə bir nahən baxdın,

Tez öldürər məni bu mehnəti-nalən, getmə!

-deyir.

Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin?

Unutdu güllərini, etdi aşiyan tərkin.

-misraları ilə öz halını ifadə edir.

Və yaxud da:

Vüsalə yetməyibən zarü Natəvan qaldım,

Edib fələk yenə həsrət o məhcəmalə məni.

-deyir.

Hicran edibdir könlümü bərbad, ağlaram...

Nicran Natəvanın könlünü bərbad etmişdi. O, gizli ağlayırdı, göz yaşlarını hamıdan saxlayırdı. Onun göz yaşları gəncliyinin ilk illərindən axırdı. Lakin çarizm Qarabağda xanlığın davam etdirilməsinə son qoyduğu kimi, Xurşidbanunun da həyatına müdaxilə edəndə, onu öz maraqları naminə seçdiyi adamla evlənməyə vadar edəndə, ta dayanmadı. Evlənməyə məcbur oldu, dünyaya övladlarını da gətirdi. Lakin əri Xasay xan Usmiyev onun üzündə gülüş ola bilmədi. Şuşasından aralı qalan könlü yaralı quş tək qanadlandı, lakin uça bilmədi. Bu qəlb nisgillə doldu, nicran çəkdi. Bu isə həssas şair qəlbi üçün nə deməkdir, aydındır.

Yanar çün Natəvan xəstə, müdam ol atəşi-qəmdən,

Səbur ol, eylə adət şiveyi-ustad, pərvanə!

misraları şairənin taleyindən şikayəti deyildimi?..

Düşmənimdir, bilməzəm kim, netmişəm dövranə mən

Birinci evliliyi uğursuz olan Natəvan Şuşaya qayıdır. İkinci dəfə rəiyyət içərisindən olan şuşalı bir nəfərlə ailə qurur ki, bu da bəyləri çox qəzəbləndirir. Bu səbəbdən ömrünün sonunadək töhmətləndirilir. İkinci evliliyində də övladları dünyaya gəlir. Lakin həyatın bir-birinin ardınca vurduğu sillələrdən özünü kimsəsiz, zəif hiss edir. Sanki həyat Xan qızından üz çevirmişdi. Bir anlıq xoşbəxtliyi ona çox görürdü. Bu aralar əziz övladını-oğlunu da itirən şairə dövrandan şikayət edir: nə eləmişəm, görəsən dövrana, bilmirəm ki... Övladının itkisi onu üzür, qəlbini sıxır, göz yaşlarını sel edir:

Yanar canım, oğul, daim sənin nari-fəraqında,

Necə pərvanələr hər dəm yanar şəmin ayağında-

deyən şairə

Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

misraları ilə ahu-zar edir.

Bütün keyfiyyətləri ilə qəlblərdə yaşayan şairə

Həm böyük bir xanlığa məxsusluğu, həm həssas bir lirizmə malikliyi, həm gözəl xanımlığı, mehriban analığı, həm də xeyriyyəçiliyi ilə ədəbi tariximizin bir parçası, ilk azərbaycanlı şairə qadını olan Xurşidbanu Natəvan xalqımızın qəlbində özünə elə bir qala ucaltmışdır ki, 193 ildir, sevənləri həmin qalanın zirvəsində onu yaşadır, əzizləyirlər. Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi: Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Bəlkə də bu sevgi onun heç də razı qalmadığı dünyasından yeganə təsəllisidir.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri