Xurşudyan: “Türkiyə dəhlizin Rusiyanın nəzarətində olmasında maraqlı deyil” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Ermənistan daxilində baş verən ictima-siyasi vəziyyət stabil deyil və düşmən ölkədəki qüvvələr hakimiyyətə qarşıdır.
KONKRET.az xəbər verir ki, Rusiya meyilli siyasətçilər Paşinyanın anti-Rusiya siyasətini tənqid edir və düşünürlər ki, İrəvanın bu addımı Ermənistana baha başa gələ bilər. Ermənistanda dövlətin maliyyələşdirdiyi qeyri hökumət təşkilatları Paşinyanın siyasətini dəstəkləyir və ictimai rəy formalaşdırmağa çalışırlar. Bunlardan biri də hakimiyyətdən qarant alan Hovsep Xurşudyandır. Hökumətin tezislərini müxtəlif formalarda xalqa çatdıran Xurşudyan Paşinyanın planını açıqlayıb:
“Elə şeylər var ki, hakimiyyət ictimaiyyətə açıqlamır. Ortada milli maraq dayanır. Əgər dəhliz açılasa və Ermənistanın nəzarətinə verilsə Türkiyə üçün əlverişlidir. İndi Türkiyə dəhlizin Rusiyanın nəzarətində olmasında maraqlı deyil. Türkiyə hesab edir ki, Orta Asiyaya göndərdiyi tranzit yüklərə Rusiya hər an “stop” qoya bilər. Bu isə Böyük Turan ideyasına ziddir. Buna görə də Türkiyə üçün Ermənistan variantı daha məqsədə uyğundur. Türkiyə-Ermənistan-Azərbaycan yolu Qərbə Qazaxıstanın hərbi dəstəyi üçün lazımdır”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















