Icma.az
close
up
RU
Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası tərəfindən xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə (sənəd qəbulu - 1 aprel – 1 may 2026-cı il), eyni zamanda Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul üzrə Müsabiqə Komissiyası tərəfindən dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə (sənəd qəbulu - 17 aprel – 18 may 2026-cı il) elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul və Xüsusi İcra Məmurlarının müsabiqə komissiyalarının birgə məlumatında qeyd olunub.
“Hazırda hər iki müsabiqə üzrə ərizələrin qəbulu davam edir.
Dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə elanından sonra namizədlərin bəziləri dövlət icra məmuru vəzifəsi, digərləri xüsusi icra məmuru vəzifəsi, bir qismi isə hər iki vəzifə üzrə elan edilmiş müsabiqədə iştirak etmək arzusunda olduqlarını qeyd ediblər.
Bildiririk ki, elanlarda göstərilən tələblərə cavab verən hər bir şəxs istəyinə uyğun olaraq müsabiqələrin birində və ya hər ikisində iştirak edə bilər. Müsabiqələrin hər biri ayrılıqda keçiriləcək və iki mərhələdən ibarət olacaq. Hər müsabiqənin test imtahanı mərhələsi ödənişlidir.
Həmçinin qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru olmaq üçün xüsusi ixtisas tələbi yoxdur, istənilən ixtisas üzrə ali təhsilli şəxslər müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.
Namizədlərin müsabiqələrdə iştirak etmələrini daha da asanlaşdırmaq məqsədilə müvafiq texniki imkanlar yaradılıb.
Belə ki, xüsusi icra məmuru vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şəxslərə aşağıdakı imkanlar verilir:
1) Yalnız xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə əvvəlki qeydiyyatları öz qüvvəsini saxlayır;
2) Xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirakdan imtina edib dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.
3) Xüsusi icra məmuru üzrə müsabiqədə iştiraklarını saxlamaqla yanaşı, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.
Qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru:
- məcburi icra orqanı statusuna malikdir;
- məhkəmə və digər orqanların müvafiq qərarlarının icrasını həyata keçirir;
- bu zaman eyni səlahiyyətləri daşıyır, eyni funksiyaları icra edir;
- hər ikisinin fəaliyyəti üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və məhkəmə nəzarəti mövcuddur.
Bununla yanaşı, dövlət və xüsusi icra məmuru arasında aşağıdakı fərqlər vardır:
Dövlət icra məmuru:
- ədliyyə qulluqçusudur, Ədliyyə Nazirliyinin yerli icra qurumunda fəaliyyət göstərir;
- xüsusi rütbə və xüsusi geyim forması daşıyır;
- vəzifələrinin icrası müqabilində aylıq əmək haqqı alır;
- bütün icra sənədlərini icra edir;
- həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, o cümlədən probasiya nəzarətini həyata keçirir.
Xüsusi icra məmuru:
- ədliyyə qulluqçusu deyil, ayrıca peşə sahibidir;
- xüsusi geyim forması və nişan daşıyır;
- Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında fəaliyyət göstərir;
- fəaliyyətini ofisində həyata keçirir, bunun üçün öz köməkçisini və digər işçilərini işə götürür;
- tariflər əsasında fəaliyyətindən gəlir götürür, bununla ofisini və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri ödəyir;
- qanunda müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, bütün icra sənədlərini icra edir.
 

Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər xüsusi icra məmuru üçün müsabiqənin test mərhələsindən azad edilirlər.


Test mərhələsindən azad edilmək üçün şəxslər bununla bağlı təsdiqedici rəsmi sənədləri 1 may 2026-cı il tarixinədək iş saatları ərzində - saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Müsabiqələrlə bağlı əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Aprel 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri