Icma.az
close
up
RU
“Xüsusi məktəblərin bağlanması uşaqların təhsil hüququnu məhdudlaşdırmayacaq” Ekspert

“Xüsusi məktəblərin bağlanması uşaqların təhsil hüququnu məhdudlaşdırmayacaq” Ekspert

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamalarında bildirib ki, xüsusi məktəblərin əhatə dairəsi getdikcə kiçilir və gələcəkdə tam inklüziv təhsilə keçid planlaşdırılır. Nazir qeyd edib ki, bu proses həm maliyyə, həm də yeni yanaşma tələb edir. Bəs xüsusi məktəblərin bağlanması sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququna necə təsir edəcək?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, məqsəd uşaqlara daha inklüziv və imkanlı təhsil təqdim etməkdir:

“Xüsusi məktəblərin bağlanması məsələsi yanlış anlaşılmamalıdır. Burada əsas məqsəd uşaqların təhsil hüquqlarını məhdudlaşdırmaq deyil, onları daha inklüziv və daha geniş imkanlarla təmin etməkdir. Dünyanın bir çox inkişaf etmiş ölkəsində artıq uzun müddətdir ki, xüsusi məktəb modelindən mərhələli şəkildə imtina olunur və sağlamlıq imkanları məhdud uşaqlar həmyaşıdları ilə eyni təhsil mühitində inkişaf etdirilir. Bu yanaşma onların yalnız bilik əldə etməsinə deyil, həm də sosial bacarıqlar formalaşdırmasına, dostluq əlaqələri qurmasına və gələcəkdə müstəqil həyata daha yaxşı uyğunlaşmasına imkan verir. Əlbəttə, belə bir keçid sadəcə qərarla reallaşmır. Bunun üçün dövlət dəstəyi, məktəblərdə infrastrukturun əlçatan olması, müəllimlərin xüsusi hazırlıq keçməsi, eləcə də məktəblərdə psixoloq, loqoped, xüsusi pedaqoq və köməkçi müəllim kimi dəstək mexanizmlərinin fəaliyyət göstərməsi vacibdir. Son illərdə təhsil sahəsinə ayrılan investisiyalar, müəllimlərin inklüziv təhsil üzrə təlimlərə cəlb olunması, məktəblərin əlilliyi olan uşaqlar üçün uyğunlaşdırılması göstərir ki, bu proses təkcə nəzəri deyil, praktik olaraq da həyata keçirilir”.

Ekspert bildirib ki, xüsusi məktəblərin bağlanması sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarını heç vaxt məhdudlaşdırmayacaq:

“Dövlətin təhsil siyasəti onlara daha çox imkan yaratmağı və onları cəmiyyətin tam hüquqlu üzvünə çevirməyi hədəfləyir. İnküziv təhsil modeli gələcəkdə bu uşaqların yalnız məktəb mühitində deyil, həm də sosial və peşəkar həyatda uğur qazanmasına zəmin yaradacaq. Bu baxımdan prosesə qısamüddətli deyil, strateji yanaşmaq lazımdır. Əgər bu addımlar planlı şəkildə davam etdirilərsə, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqları təkcə qorunmayacaq, həm də gücləndiriləcək. Dövlətin atdığı addımlar göstərir ki, inklüziv təhsil gələcəyin reallığıdır və bu reallıqda heç bir uşaq kənarda qalmayacaq”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri