Icma.az
close
up
RU
Xüsusi məktəb avtobusları olmalıdır Ekspert

Xüsusi məktəb avtobusları olmalıdır Ekspert

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şagirdlərin məktəb seçimində düzgün qərar verməməsi, Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın əsas səbəblərindən biridir. Xüsusilə valideynlərin hər gün uşaqları məktəbə aparıb-gətirməsi nəqliyyat sisteminə ciddi yük yaradır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblilərin yerdəyişmə prosesi zamanı əsas diqqət ediləcək məqamlara aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bu problemi azaltmaq üçün valideynlər aşağıdakı tövsiyələrə diqqət etməlidir:

"İlk növbədə valideynlər övladlarını yaşadıqları əraziyə yaxın olan məktəblərə yazdırmağa üstünlük verməlidirlər. Çox vaxt valideynlər "reytinqi yüksək" hesab edilən məktəbləri seçməyə çalışır, amma bunun nəticəsində məktəbə getmək üçün əlavə yol qət etmək, nəqliyyatdan istifadə etmək və hətta hər səhər uzun tıxaclarda gözləmək lazım gəlir. Halbuki, yaxınlıqdakı məktəblər də keyfiyyətli təhsil verə bilər və uşağın gündəlik rejimi daha rahat tənzimlənə bilər. Digər tərəfdən, valideynlər övladlarını məktəbə təkbaşına gedib-gəlməyə alışdırmalıdırlar. Təhlükəsizlik baxımından narahat olan valideynlər qonşuluqda oxuyan digər şagirdlərlə birlikdə getmələri üçün qruplar təşkil edə bilərlər. Qərb ölkələrində məktəb avtobusları sistemi var. Bu sistemdə uşaqlar müəyyən bir məntəqədə toplaşır və bir neçə valideyn növbə ilə onları məktəbə müşayiət edir. Bu yanaşma həm tıxacı azaldır, həm də uşaqlarda müstəqillik hissini artırır".


Ekspert hesab edir ki, məktəb nəqliyyat xidmətlərinin inkişafı təşviq edilməlidir:

"Dünyanın bir çox ölkəsində xüsusi məktəb avtobusları fəaliyyət göstərir. Bu sistem şagirdlərin məktəbə təhlükəsiz və daha rahat şəkildə çatdırılmasını təmin edir, valideynlərin fərdi avtomobillərdən istifadəsini azaldır və nəqliyyat yükünü yüngülləşdirir. Azərbaycanda bəzi özəl məktəblərdə bu sistem tətbiq edilsə də, dövlət məktəbləri üçün də geniş şəkildə nəzərdən keçirilməlidir. Valideynlər eyni zamanda ictimai nəqliyyatdan istifadəyə üstünlük verməli və fərdi avtomobillərlə uşaqları məktəbə aparmaq vərdişindən imtina etməlidirlər. Bu vərdiş xüsusilə səhər saatlarında yolların həddindən artıq yüklənməsinə səbəb olur. Əgər məktəb yaxın məsafədədirsə, velosiped və ya piyada getmək kimi alternativlər də dəyərləndirilməlidir. Avropa ölkələrində məktəbə piyada getmək və ya velosiped sürmək geniş yayılıb və bu, həm ekoloji, həm də sağlamlıq baxımından faydalıdır". 

Kamran Əsədov daha strateji həllərdən birinin də məktəblərin coğrafi paylanmasının düzgün planlaşdırılması olduğunu vurğulayıb:

"Bakı kimi sıx məskunlaşan şəhərlərdə bəzi rayonlarda məktəb çatışmazlığı var, bu da valideynləri uşaqlarını uzaqda yerləşən məktəblərə göndərməyə məcbur edir. Təhsil siyasəti bu boşluqları aradan qaldırmaq üçün yeni məktəblərin tikintisini və mövcud məktəblərin genişləndirilməsini nəzərdən keçirməlidir. Valideynlər məktəb seçimi zamanı sosial təsir və stereotiplərin təsiri altında qalmamalıdırlar. Çox vaxt "filan məktəb yaxşıdır” fikri valideynləri yaxınlıqdakı məktəblərdən imtina edərək uzaq məsafəyə getməyə vadar edir. Halbuki, məktəb seçimində əsas meyar keyfiyyətli təhsil, yaxşı müəllim kollektivi və şagirdin rahatlığı olmalıdır".

Ekspert tövsiyyə edib ki, valideynlər yaxınlıqdakı məktəblərin imkanlarını araşdırmalı və lazım gələrsə, məktəb rəhbərliyi ilə görüşlər keçirərək onların təhsil səviyyəsi barədə ətraflı məlumat almalıdırlar:

"Əgər valideynlər bu tövsiyələrə əməl etsələr, həm tıxac və ictimai nəqliyyatda sıxlıq azalacaq, həm də uşaqlar üçün daha rahat və stressiz məktəb həyatı təmin olunacaq. Bu problemin həlli üçün həm valideynlər, həm də təhsil və nəqliyyat qurumları birgə işləməlidir”. 

Bahar Rüstəmli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri