Xüsusi nümayəndə: İşğal dövründə Xankəndi qəbiristanlığı tamamilə məhv edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İşğal dövründə Ağdərə, Xankəndi və Xocalıda da mədəni abidələrimiz məhv edilib. Ziyarət edənlər bunu öz gözləri ilə görüb.
APA xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
Xüsusi nümayəndə bildirib ki, bu ərazilərdə cəmi 1 dini ocaq - Malıbəyli məscidi yarımçıq vəziyyətdə qalıb: “Bu ərazilərdə olan abidələrin çoxunun izi itirilmişdi. Xankəndi qəbiristanlığı tamamilə məhv edilib, izi itirilib. Şəhər və kəndlərimiz darmadağın edilib, tikililər 30 il əvvəldən qalmış yarımçıq tikililər idi. Nadir villa və özəl tikililərdən başqa, ümumi şəhər görünüşünü formalaşdıran heç bir tikili yox idi. Keçən əsrin 50-ci illərində Azərbaycan dövlətinin vəsaiti hesabına qurulmuş infrastruktur var idi. İşğalda olan 30 il ərzində bu ərazilərə 1 manat da olsa, vəsait xərclənməmişdi. Ərazilər azad olunandan sonra ilk olaraq inventarlaşdırma işlərini apardıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 May 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















