Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
İşğal dövründə bölgədə yerləşən mədəni və dini abidələr ciddi dağıntılara məruz qalıb. Malıbəyli məscidi qismən dağıdılıb və hazırda məsciddə bərpa işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı isə tamamilə məhv edilərək izi silinib. Bir sözlə, vandalizm aktları milli, mənəvi və dini dəyərlərdən də yan keçməyib”, – deyə o əlavə edib.
Tədbirdə Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında həyata keçirilən bərpa, tikinti və yenidənqurma işlərinə həsr edilmiş videoçarx nümayiş olunub. Postmünaqişə dövründə şəhərsalma, tarixi-mədəni irsin qorunması və bölgədə dayanıqlı yaşayışın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 19 May 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















