Icma.az
close
up
RU
Xüsusi protein yaşlılarda qripin ölüm riskini artırır

Xüsusi protein yaşlılarda qripin ölüm riskini artırır

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin və Böyük Britaniyadan olan alimlər yaşlılarda qripin ağır keçməsinin səbəbini müəyyən ediblər. Tədqiqat göstərir ki, yaşla birlikdə artırılan qlikozilləşmiş apolipoprotein D (ApoD) qrip virusuna qarşı orqanizmin müdafiəsini zəiflədir və xəstəliyin ağırlaşma riskini yüksəldir.

Redaktor.az xəbər verir ki, nəticələr PNAS jurnalında dərc olunub.

Nottingham Universitetindən professor Kin-Çou Çang bildirib ki, qocalma qripdən ölüm riskinin əsas faktoru olaraq qalır və yaşlı əhalinin sürətlə artması bu problemi həm tibb, həm də iqtisadiyyat üçün kritik edir. Alimlərin sözlərinə görə, yaşlı xəstələrdə infeksiyanın ağır keçməsinin mexanizmlərini başa düşmək vacibdir.

Tədqiqatda yaşlanan siçanlar və insan toxuma nümunələri istifadə olunub. Nəticələr göstərib ki, yaş artdıqca ağ ciyərlərdə ApoD istehsalı yüksəlir, bu isə interferon tip I aktivliyini zəiflədərək orqanizmin antiviral reaksiyasını əngəlləyir.

Bundan əlavə, artıq ApoD mitofagiyaya – mitoxondriyanın zədələnməsinə səbəb olur ki, bu da enerji istehsalını və antiviral reaksiyaları azaldır. Nəticədə virusun miqdarı artır, ağ ciyərlər daha çox zədələnir və komplikasiyalarla ölüm riski yüksəlir.

Tədqiqatın müəllifləri bildirir ki, ApoD terapiya məqsədli hədəf kimi istifadə oluna bilər. Onun fəaliyyətini bloklamaq yaşlı insanları ağır qripdən qorumağa və ölüm riskini azaltmağa imkan verə bilər.

Qeyd edək ki, Rusiyada əvvəllər 20-dən çox respirator virusu aşkar edən test sistemi hazırlanıb.

Nuriyyə NATİQQIZI 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri