Xüsusi rütbə və geyimlə bağlı yenilik: Qanun dəyişir
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin bugünkü iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Sənədlə ədliyyə orqanlarının tibb xidmətində çalışan hərbi qulluqçuların hüquqi statusu tənzimlənir.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil olunması təklif edilir. Bu dəyişiklik sayəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatdakı hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında həllini tapacaq.
Sənəddə yer alan digər yenilik isə məhkəmə ekspertizası idarəsində qulluq keçən və xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit olunması ilə bağlıdır. Dördpendirli pizza
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















