Icma.az
close
up
RU
Xüsusi sirrimiz yoxdur, oturuşmuş oyun sistemimiz var Dambrauskas

Xüsusi sirrimiz yoxdur, oturuşmuş oyun sistemimiz var Dambrauskas

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Xüsusi sirrimiz yoxdur, oturuşmuş oyun sistemimiz var" - Dambrauskas

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah" və "İmişli" komandaları qarşılaşıb. Qarşılaşma "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas komandasının nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:

"Qazandığımız bu qələbədən çox məmnunam. Etiraf etməliyəm ki, bu cür meydançada oynamaq həqiqətən çox çətindir. Xüsusilə texniki cəhətdən üstün olan və topa sahib olmağı sevən komandalar üçün 10-15 metrlik ötürmələri belə dəqiq yerinə yetirmək böyük problem yaradır. Bu uğura görə bütün "Sabah" ailəsini təbrik edirəm. Şükürlər olsun ki, bu çətin səfərdən itkisiz və zədəsiz ayrılırıq. Artıq növbəti turdakı "Sumqayıt"la qarşılaşmanı düşünürük. Bütün diqqətimizi həmin oyuna kökləyəcəyik".

Mütəxəssis hücum xəttindəki itkilərə rəğmən komandanın nümayiş etdirdiyi stabilliyin səbəblərinə də aydınlıq gətirib:

"Bunun xüsusi bir sirri və ya hazır resepti yoxdur. Sadəcə olaraq futbolçularımız verilən tapşırıqları meydanda peşəkarcasına icra edirlər. Artıq komandamızın öz oyun stili və oturuşmuş sistemi yaranıb, oyunçular da bu mexanizmə tam uyğunlaşıblar. Gənc oyunçularımız olan Maluda, Xəyal və Umaralinin ümumilikdə 15 qola imza atması, Mikelsin mütəmadi fərqlənməsi sevindirici haldır. Lakin mən kimisə fərdi şəkildə fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, komandanın ümumi uğuru üçün öz töhfəsini verir. Məsələn, Kahim Parris bir müddət meydandan uzaq qalsa da, son matçlarda vacib qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa etməkdədir".

Dambrauskas komandanın inkişaf potensialına inandığını və hələ ən yaxşı səviyyəyə çatmadıqlarını vurğulayıb:

"Futbolçularımız öz işlərinə böyük məsuliyyətlə yanaşırlar. İnanıram ki, biz hələ daha yaxşı oyun nümayiş etdirə bilərik, çünki komandanın potensialı kifayət qədər böyükdür. Sadəcə bir az vaxt, gərgin əmək və inam lazımdır. Əminəm ki, bir gün biz öz maksimum gücümüzü tam şəkildə ortaya qoya biləcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri