Valdas Dambrauskas: “Xüsusi bir şey olmadı”
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının XI turunda "Sabah" "Şamaxı"nı qəbul edib - 2:2.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
- Nəticə sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşli idi. Birinci hissənin 20-ci dəqiqəsinə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə ki, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Amma bu gün beşlikdə qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdir.
- İkinci qolu vurduğunuz zaman hakimə etirazınız o qədər çox oldu ki, qolu bayram edə bilmədiz. Hakimlə nə danışırdınız?
- Üç gündən bundan qabaq Çempionlar Liqasında oynayırsan, orada bəlli qaydalar var ki, ona riayət edirlər. İstəyərdik ki, daxili oyunlarda da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orada həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm.
- Sıx qrafikdə oynayırsız. İndiki məqamda milli fasilə sizin xeyrinizə işləyə bilər?
- 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək.
- Hava şəraiti nəticəyə nə dərəcədə təsir etdi?
- Bunun heç bir əhəmiyyəti yoxdur. Külək birinci hissədə bir komandaya qarşı idisə, ikinci hissədə digər komandaya qarşı oldu. Bütün futbolçular belə hallara uyğunlaşmalıdır. Bir müddət əvvəl süni örtüklü meydançada oynadıq, bu gün təbi örtüklü meydançada. Peşəkar olmaq lazımdır. Belə hallar heç cür təsir etmir.
- Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsız və ya təhlükə hiss edirsiz?
- “Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.
Ülvi İsgəndərovdan yubiley – 200-cü oyununu keçirdi “Sumqayıt” Yevlaxdan 1 xalla qayıdır - YENİLƏNİB Şahruddin “Qarabağ”da 100-Ə çatıb “Araz-Naxçıvan” I dövrəni qələbəsiz başa vurub - 4 mövsüm sonra ilk “Qarabağ”dan son 15 mövsümün antirekordu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 Noyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















