Icma.az
close
up
RU
Xüsusi Təyinatlı Qüvvələrin fədakar giziri

Xüsusi Təyinatlı Qüvvələrin fədakar giziri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Azərbaycanın 44 günlük Vətən müharibəsində yazdığı şanlı dastan hər bir əsgər və zabitimizin qəhrəmanlıq nümunəsi ilə ucaldı. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında peşəkar hərbçi kimi xidmət edən, düşmənin qorxulu yuxusuna çevrilən unudulmaz igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevdir.

 Elyar 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində doğulub. Vəliyevlər ailəsinin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.

Vətən Müharibəsi başlayanda Elyar artıq 10 ildən artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən Müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.

Görünür, müharibə gənc Elyarın taleyinə yazılıbmış. Döyüşçü yoldaşları onun qorxmaz, cəsur və Vətən eşqi ilə alışıb yanan bir dost kimi xatırlayırlar. Elyar Vətən Müharibəsinin gedişatında bir neçə dəfə hərbçi yoldaşlarını ölümdən xilas edib. Belə döyüşlərin birində Elyar Vəliyev və digər hərbçi yoldaşları Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv ediblər. Həmin gecə onların xüsusi şücaəti sayəsində düşmənin 12 tankı və xeyli sayda hərbi sursatı darmadağın edilib, bir neçəsi texnikası ələ keçirilib.

Daha sonra Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Elyarın növbəti tapşırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib. Elyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitini məhv edib.
Döyüş başlayan gündən bir an belə gözlərini yummayan, qorxu hissinin nə olduğunu unudan Elyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar adlanan ərazisində olub.Yanındakı hərbçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snayper gülləsi gizir Elyar Vəliyevin ürəyinə sancılıb. Tale elə gətirib ki, ömrünün 29-cu payızını yaşayan gizir Elyar Vəliyev doğum günündən iki gün sonra ən uca zirvəni - Şəhidlik məqamını fəth edib.

Atası Arif Vəliyevin xatirələrindən: "Xüsusi təyinatlı dəstənin giziri olan Elyar Vəliyev 2016 və 2020-ci illərdə 3 döyüşdə iştirak edib, çoxlu sayda yaralı döyüş yoldaşlarını xilas edib. Vətən Müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüb. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli zabitləri məhv ediblər. Bir "KamAZ" dolu erməni əsgərini məhv ediblər. Elyar erməni qərargahını ələ keçirib və erməni polkovniki məhv edib. Gülləsi başa çatanadək döyüşüblər".

Anası Səmayə Vəliyevanın sözlərinə görə, Elyarın qardaşı da hərbçidir: "İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak edib. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub".

Elyarın dəfələrlə həyatlarını xilas etdiyi hərbçi yoldaşları bu gün onu ehtiramla yad edirlər. Şəhidimizlə çiyin-çiyə döyüşən Səxavət Salmanov bildirir ki, peşəkar döyüşçü olan Elyar sanki hərbçi olmaq üçün doğulmuşdu: "Elyar Vəliyevlə uzun müddət xüsusi təyinatlılar qrupunda birgə xidmət etmişik. Elyar Vəliyevin sayəsində Aprel və Tovuz döyüşlərində çoxlu yaralılarımızın həyatı xilas olunub. O, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirdi. Mən döyüşlərin birində yaralanmışdım. Elyar Vəliyev mənə vaxtında tibbi yardım göstərməsəydi, çoxlu qan itirəcəkdim və şəhidlik zirvəsinə ucalacaqdım. Bu gün onun sayəsində mən yaşayıram. Elyar Vəliyevin əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordusunu tamamilə məhv edib".

Şəhidin idman müəllimi Sərhad Quliyev onunla fəxr edir: “Mən ona əlbəyaxa döyüşün sirlərini öyrətmişəm. O, idman sahəsində göstərdiyi gücü torpaqlarımızın işğaldan azad olunmasında da göstərdi. O, əsl qəhrəman idi".

Şəhid  Elyar  Vəliyev ailəli idi və üçəm olmaqla beş övlad atası idi. Şəhidimizin anası deyir ki, müharibəyə yollananda Elyarın son sözü o olub ki, övladlarım üçün, onların xoşbəxt gələcəyi naminə döyüşə getməliyəm.

Bu gün Elyar başda olmaqla bütün şəhidlərimizin övladları atalarının qalib etdiyi bu Vətəndə rahat şəkildə böyüyüb boya-başa çatacaq və şəhid atalarının ruhların şad edəcəklər.
Qeyd edək ki, şəhid Elyar Arif oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.

Elyar Vəliyev kimi qəhrəman oğullarımız Vətənin bütövlüyü uğrunda canlarını fəda edərək adlarını tariximizə qızıl hərflərlə yazdılar. Onların şücaəti sayəsində bu gün doğma torpaqlarımız azaddır, üçrəngli bayrağımız əbədi dalğalanır!

Müşfiq MİRZƏ

XQ    

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri