Icma.az
close
up
RU
“Sanki 24 günü 24 saata sığdırdıq” Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

“Sanki 24 günü 24 saata sığdırdıq” Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 sentyabr, AZƏRTAC

Atəş. Əmr. Hərəkət. Yenidən atəş. Xankəndi istiqamətində döyüşün ardıcıllığı belə idi. Bir tapşırıq tamamlanır, ardınca yenisi gəlirdi. 2023-cü sentyabrın 19-da başlanan döyüşün tempi bir an da səngimirdi. Hər dəqiqə yeni qərar verilir, hər tapşırıq isə yeni məsuliyyət demək idi. 24 saat tamamlanmadan gözlənilən xəbər gəldi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu. İllərlə gözlənilən tarixi an artıq gerçək idi. Antiterror tədbirləri qısa müddət davam etsə də, 24 saat ərzində elə yüksək tempdə döyüşdük ki, sanki 24 gün davam edən döyüşü 24 saata sığdırdıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, kəşfiyyatçı Şərafəddin Xankişiyev deyib.

Həmin 24 saatlıq gərginliyin arxasında isə bir günün deyil, illərin döyüş təcrübəsi dayanırdı. Şərafəddin Xankişiyev 23 illik hərbi xidməti ərzində müxtəlif döyüş əməliyyatlarında, xüsusilə Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib, dəfələrlə düşmənin dərinliyində keçirilən döyüş-kəşfiyyat tapşırıqlarında olub. Bu qədər döyüşdən keçən bir hərbçi üçün müharibə artıq sadəcə xidmət deyil, onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Lakin bütün bu illərin arxasında dəyişməyən bir gözlənti vardı - Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı gün. “Biz hər an Ali Baş Komandanın əmrini gözləyirdik ki, qalan ərazilərimizi də azad edərək, Azərbaycanın ərazi bütövlüyünü tam təmin edək”, - deyə qəhrəman Azərbaycan hərbçisi bildirir.

2023-cü ildə həmin gözlənti döyüş tapşırığına çevrildi. Antiterror tədbirlərində Xankəndi istiqamətində gedəcək əməliyyat üçün tapşırıq verilmişdi. Əsas döyüşdən yeddi gün əvvəl Ş.Xankişiyev polkovnik-leytenant İdris İsayevlə birlikdə kəşfiyyat tapşırığına yollandı. 32 ildən sonra Xankəndiyə ilk addımı atdılar. Kəşfiyyat zamanı düşmənin onlarla gizli postunun yerini müəyyən etdilər, əldə olunan məlumatları bölmələrə çatdırdılar. Bu məlumatlar az sonra döyüş meydanında öz əhəmiyyətini göstərdi.

Artıq qarşıda yalnız tapşırığın icrası qalırdı. Döyüş başladı. Ş.Xankişiyev düşmənin gücləndirilmiş postlarından birini “Faqot” silahı ilə məhv etdi. 24 saata yaxın davam edən gərgin mübarizənin sonunda isə illərlə gözlənilən xəbər gəldi: “Qələbə xəbəri gələndə özümü saxlaya bilmədim. Kənara çəkilib hönkür-hönkür ağlayıb, sevincdən qışqırırdım. İllərlə çiyin-çiyinə döyüşdüyümüz şəhid qardaşlarımız sanki gözümüzün önündə yenidən canlanmışdı. Elə bilirdik ki, onlar dirilib bizimlə qucaqlaşmağa gəliblər. Bu, həm bizim, həm də onların Zəfəri idi".

Bu göz yaşlarının içində həm döyüşün gərginliyi, həm illərin həsrəti, həm də şəhid silahdaşlarının xatirəsi vardı. Ən əsası isə bu dəfə əldə olunan nəticə əvvəlki döyüşlərdən fərqlənirdi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu.

Həmin nəticənin böyüklüyü yalnız hərb meydanında deyil, azad edilən torpaqların gələcəyində də görünürdü. İllər əvvəl doğma yurdlarından məcburi köçkün düşmüş insanların öz kəndlərinə və rayonlarına qayıdışının yolu açılırdı. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanırdı.

Bu mənzərəyə uzanan yol 2023-cü ildə başlamamışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin yolun ən böyük mərhələlərindən biri olmuşdu. Ş.Xankişiyevin sözlərinə görə, 2020-ci il Zəfəri şəhidlərin, qazilərin, veteranların və bütün xalqın birliyi və dəstəyi ilə qazanılmışdı.

Lakin mübarizə hələ başa çatmamışdı. Bəzi ərazilər düşmənin nəzarətində qalırdı. Lokal antiterror tədbirləri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Ş.Xankişiyev üçün 2020-ci il Zəfəri ilə 2023-cü il antiterror tədbirlərini birləşdirən əsas mənəvi bağ məhz ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi, Qarabağ uğrunda şəhid olanların ruhunun şad edilməsi və illərdir gözlənilən tam qələbəyə çatmaqdır.

Beləliklə, Xankəndi istiqamətində başlayan 23 saat 43 dəqiqəlik döyüş onun 23 illik hərbi xidmət yolunun ən mühüm səhifəsinə çevrildi. İllərlə davam edən mübarizə öz nəticəsini verdi. Əmr yerinə yetirildi, illərdir həsrəti çəkilən torpaqlarda Azərbaycan bayrağı dalğalandı.

Müxbir - Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri