Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Səhər yeməyində buna diqqət edin!

XVI Beynəlxalq Multikulturalizm Məktəbi uğurla başa çatdı

XVI Beynəlxalq Multikulturalizm Məktəbi uğurla başa çatdı

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Tolerantlıq, multikulturalizm anlayışı qlobal bir məsələdir. Çünki hazırda dinlər, cəmiyyətlər arası bir sıra münaqişələr mövcuddur. Biz gələcək nəsil olaraq bu münaqişələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Bunun üçün də Beynəlxalq Multikulturalizm Məktəbi kimi tədbirlər çox gözəl imkanlar yaradır. Düşünürəm ki, kiçik işlərdən başlayıb dünyada gedən böyük proseslərə təsir edə bilərik. Münaqişələrdən, müharibələrdən uzaq ola bilərik. Biz gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik”

Bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Braziliyadan olan iştirakçısı Ana Luizaya aiddir. Əgər biz Azərbaycan Multikulturalizmini öyrənən tələbələrdə bu fikiləri formalaşdıra bilmişiksə, demək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən 10 il ərzində gənclərlə iş istiqamətində mühüm addımlar ata bilib. BBMM yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu
Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi”
layihəsinin məntiqi davamıdır. Nəzərə alsaq ki, bu günədək ötən 10 il ərzində Azərbaycan multikulturalizmi fənni Azərbaycanın 40-dan çox, dünyanın isə 28 universitetində tədris olunub, bu gün dünyada ölkəmizin yüzlərlə gənc dostu var, hansı ki, Beynəlxalq Multikulturalizm Məktəbində iştirak ediblər və Azərbaycandakı tolerant, multikultural mühitin şahidi olublar. Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif
ölkələrdən olan tələbələrə Azərbaycan multikulturalizm modelini daha yaxından tanımaq və onu dünyada təbliğ etmək imkanı yaradan unikal bir platformadır. Bu proqram çərçivəsində iştirakçılar Azərbaycan cəmiyyətində multikultural dəyərlərin necə qorunduğunu və inkişaf etdirildiyini öyrənirlər. Bu məktəbin iştirakçıları öz ölkələrində multikulturalizmin təbliğatçıları kimi çıxış edərək, həm Azərbaycan modelini təqdim edir,
həm də qlobal multikultural mühitin inkişafına töhfə verirlər. Onlar dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayararq bir məqsədlə – multikultural dəyərləri öyrənmək, təbliğ etmək və qlobal mədəni dialoqu inkişaf etdirmək üçün bir araya gəlirlər.

Cari ilin martın 3-dən 10-dək davam edən XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edirdi. İştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat verildi. Məktəb müddətində iştirakçılar üçün mühazirələr, seminarlar və
müzakirələr təşkil olundu. Onlar “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında mühazirələr dinlədilər. Bu mövzular Azərbaycanda multikulturalizm və dini müxtəliflik kontekstində çox vacib məsələləri əhatə edir.
Mühazirələri dinləyən xarici tələbələr Azərbaycanda fərqli dinlərin və etnik qrupların tarixən sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, dini tolerantlıq ənənələri, dövlətin din siyasəti və multikulturalizm modeli haqqında ətraflı məlumat aldılar. Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktorunun mühüm rolu, müxtəlif etnik və dini qrupların Azərbaycan cəmiyyətinin sosial və mədəni inkişafına verdiyi töhfələr,
multikultural dəyərlər, birgəyaşayış prinsipləri və onların sosial inteqrasiyadakı önəmi haqda müzakirələr apardılar. Hüquqi çərçivəsində dövlətin multikulturalizm siyasəti və qanunvericiliyin müxtəlif etnik və dini qrupların hüquqlarının qorunması ilə bağlı verdiyi üstünlükləri öyrəndilər.
Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirərək onların bir-birlərini daha yaxından tanımasına və qarşılıqlı anlayış qurmasına imkan yaradır. Bu proses, qlobal səviyyədə sülh və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Məktəbdə iştirakçılar müxtəlif mədəniyyətlər, dini inanclar və ənənələrlə tanış olur, eyni zamanda, öz ölkələrində mövcud olan multikultural dəyərləri başqaları ilə bölüşürlər. Məktəb çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamlarda iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər. Bu yanaşma, müxtəlif xalqlar arasında dialoqu gücləndirərək etimad və qarşılıqlı hörmət mühitinin formalaşmasına kömək edir.

Hər bir xalqın özünəməxsus musiqisi, geyimləri, milli yeməkləri və rəqsləri olur ki, bunlar həmin xalqın tarixi və mənəvi dəyərlərini əks etdirir. Belə tədbirlər, xüsusilə gənc nəslin mədəni müxtəliflik haqqında məlumatlanmasına və tolerant düşüncənin formalaşmasına səbəb olur.
Beynəlxalq Multikulturalizm Məktəbləri təkcə multikultural dəyərləri təşviq etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı dünyaya tanıtmaq baxımından mühüm rol oynayır. Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində iştirakçıların Azərbaycanın müxtəlif bölgələrinə səfərlərinin təşkil olunuması onların ölkənin zəngin tarixi, mədəni irsi və multikultural ənənələri ilə yaxından tanış olmalarına şərait yaradır. Bu səfərlər zamanı iştirakçılar Azərbaycanın müxtəlif etnik və dini icmalarının yaşadığı bölgələri ziyarət edir, onların həyat tərzi, adət-ənənələri və mədəniyyətləri ilə tanış olurlar.

XVI Beynəlxalq Multikulturalizm Məktəbi Azərbaycanın etnik müxtəlifliyi ilə seçilən Quba və Qusar rayonlarında təşkil olundu. Burada İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış oldular, “Giləki” sinaqoqunu ziyarət etdilər. Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya təşkil edildi. Quba və Qusar səfəri iştirakçılara Azərbaycanın multikultural ənənələrini və dini-etnik müxtəlifliyini daha yaxından öyrənmək imkanı verdi, onlar multikultural dəyərlərin real həyatdakı təcəssümünü gördülər. Həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində oldular. Bu ziyarətlər iştirakçılara Azərbaycanın dini müxtəlifliyi necə qoruduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını əyani şəkildə göstərdi. Onlar ölkədə islam, xristianlıq və yəhudiliyin yanaşı sülh içində mövcud olduğunun, müxtəlif konfessiyaların nümayəndələrinin bir-biri ilə qarşılıqlı hörmət əsasında yaşadıqlarının şahidi oldular.

Məktəb iştirakçılarının xoş təəssüratlarına əsaslanaraq deyə bilərik ki, növbəti Beynəlxalq Multikulturalizm Məktəbini uğurla başa çatdırdıq. Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçıları Azərbaycanın multikulturalizm siyasətinin müxtəlif aspektlərini öyrəndilər. Tədbir boyunca təqdim edilən məruzələr, seminarlar və müzakirələr, Azərbaycanın etnik və dini müxtəliflik içində necə bir arada yaşadığını, bu dəyərlərin gündəlik həyatın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etdi.

Rəvan Həsənov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see364

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see255

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see235

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see232

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see216

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see215

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see214

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see203

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see189

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see188

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see186

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see186

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see186

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see184

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see181

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see179

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see176

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see172

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see172

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri