Icma.az
close
up
RU
XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib

XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.

AZƏRTAC xəbər verir ki, məktəb iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə tər qərənfillər qoyulub.

Daha sonra məktəb iştirakçıları Quba rayonuna yola düşüblər.

Qeyd edək ki, martın 10-dək davam edəcək Məktəb Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək. XVI Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən 25 tələbə iştirak edir.

Məktəbin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. İştirakçılar “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında məruzələr dinləyəcəklər. Məruzələri Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq şöbəsinin müdiri Anar Qafarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kunina, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Esmira Tağıyeva təqdim edəcəklər. Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.

Quba və Qusar rayonlarında ekskursiyalarda isə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış olacaqlar, Altı günbəz və “Giləki” sinaqoqlarını ziyarət edəcəklər.

Qonaqlar, həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində olacaqlar.

İştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşləri də planlaşdırılır.

Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin Azərbaycan multikulturalizmi haqqında nəzəri şəkildə öyrəndiklərini əyani olaraq göstərməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri