Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
PSJ-nin vingeri Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
QOL.az xəbər verir ki, Gürcüstan millisinin üzvü bu mükafatı karyerasında 5-ci dəfə qazanıb. Bununla da o, Gürcüstan futbolunun əfsanəsi Kaxa Kaladzenin rekordunu təkrarlayıb.
2025-ci il Kvaratsxeliya üçün son dərəcə uğurlu olub. Futbolçu PSJ ilə birlikdə 6 titul qazanıb. Paris klubu Fransa Liqa 1-ni, Fransa kubokunu və Superkuboku, həmçinin Çempionlar Liqasını, Avropa Superkubokunu və Qitələrarası Kuboku əldə edib.
Bundan əlavə, Xviça Kvaratsxeliya 2025-ci ildə keçmiş klubu “Napoli” ilə İtaliya A Seriyasının da çempionu olub. Bu uğurlar gürcü futbolçunun il ərzində göstərdiyi yüksək səviyyəli oyunun göstəricisi kimi dəyərləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 30 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















