Icma.az
close
up
RU
XXI əsrin “rüsum savaşı”

XXI əsrin “rüsum savaşı”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dünyaya yeni ticarət qaydaları diktə edir

ABŞ Prezidenti Donald Tramp 185 ölkəyə qarşı yeni rüsumlar tətbiq etdiyini açıqladı. Ağ ev sahibi bu addımını Birləşmiş Ştatların ticarətində tarazlıq yaratmaq istəyilə əlaqələndirdi. Bununla belə, bu tədbirlərin beynəlxalq ticarət sistemini əhəmiyyətli dərəcədə yenidən formalaşdıracağına, ABŞ-ın dünya ticarətindəki payını azaldacağına və ölkə iqtisadiyyatına baha başa gələcəyinə dair proqnozlar səsləndirilir. Mütəxəssislərin əksəriyyəti belə düşünür ki, yeni rüsumlar ABŞ-da idxalı bahalaşdıra və inflyasiyanı sürətləndirə bilər. Aparıcı iqtisadi güc mərkəzlərinin də adekvat addım atacağı təqdirdə proqnozların özünü doğrultmaq şansı yüksəkdir.

Gecə yarısı Ağ evin Çəhrayı bağında çıxış edən ABŞ Prezidenti Donald Tramp yeni rüsumların aprelin 5-dən qüvvəyə minəcəyini bildirdi. ABŞ-ın “güzgü” adlandırdığı rüsumlar isə aprelin 9-da gecə yarısı qüvvəyə minəcək. Maraqlıdır ki, Amerikanın yeni rüsumlar siyahısında Rusiya yoxdur. Ölkənin maliyyə naziri Skott Bensentin “Fox News”a verdiyi açıqlamada bunu onunla izah edir ki, “ABŞ Rusiya ilə ticarət aparmır”.

Aprelin 3-dən ABŞ-a idxal edilən bütün xarici avtomobillərə ayrıca 25 faizlik rüsum tətbiq ediləcək. Lakin “Bloomberg” agentliyinin məlumatına görə, mayın 3-dən bu, həmçinin 150 növ komponentə də şamil ediləcək. “Reuters”in hesablamalarına görə, bu, ABŞ-a 600 milyard dollar dəyərində idxala təsir göstərəcək. Mütəxəssislər bildirirlər ki, Amerika bazarının ən böyük avtomobil tədarükçüsü Yaponiyadır və Tokionun ABŞ rüsumlarının artırılmasından itkiləri ildə təqribən 12 milyard dollar olacaq.

Qərb mətbuatının məlumatına görə, ABŞ-a kompüter avadanlığının bütün idxalını əhatə edən dörd rəqəmli əmtəə nomenklatura kodları qrupunun da tarif fərmanına daxil edilməsi təəccüblə qarşılandı. Bu sahənin 2024-cü ildə həcminin 138,6 milyard dollar təşkil etdiyi vurğulanır. Bundan başqa, Çindən ABŞ-a poçt vasitəsilə ucuz (800 ABŞ dollarından az) malların rüsumsuz idxalının mümkünlüyünü aradan qaldıran sərəncam da imzalandı. Bu göndərişlər də avtomatik olaraq 25 ABŞ dolları və ya gömrük dəyərinin 30 faizi məbləğində poçt xidmət vergisinə cəlb olunacaq, minimum rüsum isə hər parsel üçün iyunun 5-dən 50 ABŞ dollarına qədər artırılacaq. Mütəxəssislər qeyd edirlər ki, bu, rüsumsuz idxal üçün əsas kanaldır. Belə ki, “Reuters” mənbəsinin məlumatına görə, 2024-cü ildə gömrük rəsmiləşdirilməsi tələb etməyən bağlamaların sayı 1,4 milyardı keçmişdi.

Yeni rüsumlardan əldə olunan ümumi gəlir ildə 600 milyard dollar səviyyəsində təxmin edilir. Bu, ölkənin 2024-cü ildə 1,2 trilyon dollara çatan ticarət kəsirinin yarısına bərabərdir. ABŞ hökuməti bildirir ki, yeni rüsumlar ölkə sənayesini “yenidən işə salacaq” və üçüncü ölkələrə köçürülmüş istehsalın “qaytarılmasını” asanlaşdıracaq. Bununla belə, Qərb mütəxəssisləri vurğulayırlar ki, ABŞ-da proteksionizmin potensial effektivliyi qlobal ticarətin yenidən qurulmasını və artan ticarət maneələri ilə bölünmüş yeni yerli blokların formalaşmasını təşviq edəcək. Dünən gecə Kanadadan Avstraliyaya qədər əksər böyük iqtisadiyyatların nümayəndələri ən azı ABŞ-a qarşı cavab tədbirlərinin mümkünlüyünü öyrənmək niyyətlərini açıqladılar. Məsələn, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen yeni rüsumların qlobal iqtisadiyyata ağır zərbə vuracağını dedi və əlavə etdi ki, Avropa İttifaqı cavab tədbirləri hazırlayır.

Bununla belə, Donald Trampın əvvəlki prezidentlik dövründə Çinə elan etdiyi ticarət müharibəsi göstərir ki, nəticə ABŞ-ın özü üçün də itki ola bilər. ABŞ-ın “sövdələşmə” şəklində başlatdığı qarşıdurma başa çatdıqdan sonra Çinin ölkəyə ixracı artdı, əks-ticarət axını faktiki olaraq dəyişməz qaldı və ticarət kəsiri daha da pisləşdi. Qlobal ticarət sisteminin qurulması, Ümumdünya Ticarət Təşkilatının formalaşması və ticarət maneələrinin aradan qaldırılması iqtisadi səbəblərlə, ölkələrin qarşılıqlı faydası və qeyri-məhsuldar xərclərin azaldılması üçün rəqabətin genişlənməsi ilə əsaslandırıldı və bu ideologiyanın iqtisadi təcridin xeyrinə rədd edilməsi istər-istəməz əks təsirlərə səbəb olacaq.

Dünya birjaları da ABŞ-ın yeni rüsum siyasətinə enişlərlə cavab verir. Dünən qlobal bazarlarda səhmlər ucuzlaşdı və investorlar diqqətlərini istiqrazlara, qızıla və Çin valyutasına çevirirlər. İş dünyası qorxur ki, ABŞ prezidenti Donald Trampın yeni tarifləri dünyanı tənəzzülə sürükləmək təhlükəsi yaradan ticarət müharibəsini gücləndirəcək. “Reuters” xəbər verir ki, Trampın idxal vergilərini bir əsrin ən yüksək səviyyəsinə qaldıran yeni tariflər tətbiq etməsindən sonra dollar ABŞ istiqrazlarının gəlirləri ilə birlikdə son altı ayın ən aşağı səviyyəsinə düşdü. “Apple” və “Nvidia” kimi korporasiyaların bazar qiymətləri kəskin azaldı. Digər nəhəng şirkətlərin də eyni aqibətlə üzləşəcəkləri gözlənilir.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri