Ya iradəniz çatmır, ya da gücünüz Qalibafdan Ağ Evə ağır İTTİHAM
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İslam Respublikası Məclisinin sədri və ABŞ ilə danışıqlarda İranın baş nümayəndəsi Məhəmməd Bağır Qalibaf İsrail ordusunun Livanın paytaxtı Beyruta yenidən hava zərbələri endirməsinə sərt reaksiya verib. Spiker bu addımın ABŞ-İran danışıqlar prosesini ciddi şəkildə poza biləcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, parlament sədri öz açıqlamasında İsrailin Beyrutun Dahiyə bölgəsinə etdiyi son hücumu kəskin pisləyib.
Qalibafın sözlərinə görə, İsrailin bu təcavüzü rəsmi Vaşinqtonun vasitəçilik rolunu və üzərinə götürdüyü öhdəlikləri sual altında qoyur:
"İsrailin Dahiyaya hücumu bir daha nümayiş etdirdi ki, ABŞ-nin ya öz öhdəliklərini yerinə yetirmək üçün siyasi iradəsi çatışmır, ya da Vaşinqtonun buna ümumiyyətlə imkanı yoxdur. Sionist rejimə yaşıl işıq yandırmaqla bizdən hər hansı güzəşt qopara bilməyəcəksiniz. Köhnə 'yaxşı və pis polis' oyunu artıq keçərli deyil".
İranlı spiker əlavə edib ki, əgər Amerika tərəfi regiondakı vəziyyətə və müttəfiqi İsrailin addımlarına müsbət mənada təsir göstərə bilmirsə, tərəflər arasında sülh və atəşkəs istiqamətində başladılan dialoqu davam etdirməyin heç bir mənası yoxdur:
"Əgər öhdəliklərinizə sadiq qalmaq iradəniz və ya bacarığınız yoxdursa, onda bu yolu davam etdirməkdən danışmaq artıq mümkün deyil".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 14 İyun 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















