Icma.az
close
up
RU
Ya yeni nüvə sazişi, ya da yeni müharibə

Ya yeni nüvə sazişi, ya da yeni müharibə

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İsrail-İran toqquşması mümkündürmü?

“İran hazırda atəşkəs rejimində deyil, müharibə vəziyyətindədir. ABŞ və İsraillə aramızda heç bir protokol və ya razılaşma yoxdur. İstənilən an yeni müharibə başlaya bilər”. Bu sözləri İranın ali lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib. “ABŞ və İsrail güc yolu ilə sülh yaratdıqlarını iddia edir. Buna görə İran da güclənməlidir. Diplomatiya, informasiya, raket, PUA və kiber hücum strategiyalarımızı inkişaf etdirməliyik. Biz hərbçilər ən pis ssenarini nəzərə alaraq plan hazırlayırıq”, - o vurğulayıb.

İsrail-İran toqquşması mümkündürmü?

Mövzunu siyasi şərhçilər, politoloqlar “Xalq Cəbhəsi”nə şərh edib.

“İran konservativləri üçün şəxslər deyil, ideoloji xətt önəmlidir”

Siyasi şərhçi Şəhla Cəlilzadə qeyd edib ki, vaxtilə SEPAH komandanı, general Salami də demişdi “İran müharibə şəraitindədir və cihad meydanındadır”. O, 12 günlük müharibənin son günündə, 13 iyunda İsrail-ABŞ birgə hava zərbələrində məhv edildi və onun üçün müharibə bitdi: “İndi onun vəzifəsini general - Pakpur davam etdirir. Yəni şəxslər deyil, ideoloji xətt İran konservativləri üçün önəmlidir. Bu xəttin davamçıları 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv edilən sanksiyaların bərpasına imkan verməmək üçün Qərblə danışıqları üstün tutsalar da, hər an yeni müharibəyə də hazırlaşırlar. Çünki İran uranın zənginləşdirilməsi proqramından imtina etmək niyyətində deyil, ABŞ isə bu məsələdə kəskin israrlıdır. Odur ki, qərbin siyasi-ekspert dairələrində İranla yeni müharibə üçün hətta tarix belə təxmin edirlər - avqustun axrı, yaxud dekabr ayından öncə. Bütün bunlar İranla Qərb arasında danışıqların nəticəsindən asılı olacaq. Ya yeni nüvə sazişi ya da yeni müharibə”.

“Tərəflər arasında münasibətlər gərgin olaraq qalmaqdadır”

Politoloq Oqtay Qasımov söyləyib ki, əslində İran və İsrail arasında açıq savaş 2023-cü ilin oktyabr ayından başlanıb: “O zaman da İranın proksi qüvvəsi və dəstəklədiyi HƏMAS-ın İsrailə hücümu nəticəsində Yaxın və Orta Şərqdə genişmiqyaslı savaşa start verilib. İsrail Qəzzadakı əməliyyatlarla bərabər, həm də Livan “Hizbullah”ına ağır zərbələr vurub, onun rəhbər heyətini sıradan çıxarıb”.

O.Qasımov qeyd edib ki, bundan əlavə HƏMAS ciddi şəkildə zəiflədilib, ardınca Yəməndə husilərə zərbələr endirilib və Bəşər Əsəd rejimi də devrilib: “Daha sonra İsrail İranın təhdidlərini və təhlükəsini aradan qaldırmaq üçün İrana 12 günlük hücumlar təşkil edib və kifayət qədər ağır zərbələr vurulub. Doğrudur, ABŞ Prezidentinin də səyləri nəticəsində tərəflər atəşkəsə gediblər və bu atəşkəs şifahi razılaşma əsasında həyata keçirilib. Nəzərə alsaq ki, tərəflər arasında münasibətlər onsuz da gərgin olaraq qalmaqdadır. Həm İran, həm də İsrail tərəfindən verilən açıqlamalar təhdidkar açıqlamalardır”.

“Bu təhlükə və ehtimal yüksək olaraq qalmaqdadır”

Politoloq əlavə edib ki, o baxımdan biz hansısa bir məqamda tərəflər arasında yenidən bir-birinə qarşılıqlı zərbələr endirilməsi ilə bağlı davranışları görə bilərik: “Yəni bu təhlükə və ehtimal yüksək olaraq qalmaqdadır. Bir daha qeyd edirəm, çünki tərəflər arasındakı münasibətlər tam şəkildə qaydaya qoyulmayıb və nəzərə alsaq ki, İranın hərbi doktrinasında İsrailin bir dövlət olaraq yer üzündən silinməsi məsələsi var. İran rəsmiləri İsrailin varlığını qəbul etmək istəmirlər. Bu da tərəflər arasında münasibətləri gərginləşdirən əsas amildir”.

“İkinci qarşıdurma gərginlikli və daha ağrılı keçə bilər”

Siyasi şərhçi Mübariz Göyüşlü toqquşmanın mümkün olduğunu və tərəflərin heç birinin də bunu istisna etməkdiklərini bildirib: “Nəinki istisna etmirlər, hətta tərəflər toqquşmada meyillidirlər. Yəni hər iki tərəf müharibəyə, konfliktə, münaqişəyə meyillidirlər. Daha çox isə İsrail müharibəyə meyillidir. Ona görə də tərəfləri bir araya gətirmək istəyənlər, aralarında uzunmüddətli sülh əldə etmək istəyənlər bu nəticəyə nail ola bilmirlər. Yəni tərəflər konfliktə meyilli olduqlarına görə də mən düşünürəm ki, biz hər an bu toqquşmanı müşahidə edə bilərik. Bu hadisə hər an baş verə bilər və ona görə də bu dəfəki toqquşma hətta daha qanlı ola bilər. Çünki tərəflər bir-birlərinin zəif və güclü tərəflərini müəyyən etdilər. İkinci qarşıdurma gərginlikli və daha ağrılı keçə bilər”.

“Müharibə hər an yenidən başlaya bilər”

Siyasi şərhçi Vəli Əlibəyov qeyd edib ki, həqiqətən də İranla ABŞ və İsrail arasında atəşkəslə bağlı, ümumiyyətlə, münasibətlərlə bağlı hansısa bir sənəd, protokol imzalanmayıb: “Bu o deməkdir ki, müharibə hər an yenidən başlaya bilər. Bu baxımdan Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvinin dediyi həqiqətə uyğundur. Ona görə də hazırda İranda islahatçılar qrupu var. Onlar ümumiyyətlə, danışıqlara getməyin tərəfdarıdırlar ki, İran üzərindən həm sanksiyalar götürülsün, həm də ki, gələcəkdə hər hansı bir hərbi müdaxilə istisna olunsun”.

“Amerikalılar İsrail-İran toqquşmasına hazırlaşır”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib ki, İran və İsrail arasında yeni müharibə riski qalır: “Əslində bu ilk gündən məlum idi. Çünki birincisi, müharibə nəticəsiz başa çatdı, İsrail məqsədinə çatmadı. İranda nüvə proqramında geri çəkilmə yoxdur”.

K.Rövşənoğlu əlavə edib ki, digər tərəfdən, İran-İsrail atəşkəsindən dərhal sonra hər iki ölkə müharibəyə hazırlaşmağa başladı: “Hazırda da hər iki ölkə hazırlaşır. Eyni zamanda ABŞ də İraqdakı qüvvələrini artırır, güman olunur ki, amerikalılar da mümkün İsrail-İran toqquşmasına hazırlaşır. İran isə Rusiyadan və Çindən yeni silah və texnika alıb və almağa davam edir. Ancaq bu dəfə müharibə olsa daha ağır nəticələrə səbəb olacaq”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Avqust 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri