Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ya müharibə sabah bitəcək, ya da...

Ya müharibə sabah bitəcək, ya da...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Davosda həll edilmiş münaqişələrin sırasına tezliklə birinin də əlavə olunacağını deməsi Rusiya-Ukrayna müharibəsinin həllinə dair danışıqlar prosesində ciddi irəliləyişin olduğu qənaətini yaradır. 

Hətta Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün çox yaxşı keçdiyinə dair açıqlaması artıq Vaşinqtonla Kiyev arasında razılaşdırılmış bir “yol xəritəsi”nin olduğunu deməyə əsas verir. 

Çox güman ki, bu sənəd daha çox Ukrayna və ABŞ arasında razılaşdırılmış 20 bəndlik təkliflər paketinin yeni variantıdır. Yeni variantda Rusiyanın da maraqlarının müəyyən qədər nəzərə alındığı ehtimal olunur. 

Əks təqdirdə, Əbu-Dabidə tərəflər arasında kompromiss əldə etmək mümkün olmayacaq. Ancaq bu razılaşmanın sülh müqaviləsi, yoxsa atəşkəs sənədi olacağı məlum deyil. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və kürəkəni Jerard Kuşnerin Ukrayna tərəfi ilə danışıqlar apardıqdan sonra Moskvaya səfəri, Rusiya Prezidenti ilə 4 saat davam edən görüş Kiyevlə razılaşdırılmış təkliflər paketinin Vladimir Putinlə müzakirə olunduğunu göstərir. Lakin tərəflər sülhə hazır olmaları barədə mesajlar versə də, Əbu-Dabi görüşünün baş tutmaması riski yüksək olaraq qalır. 

Bu isə Rusiyanın təkliflərə münasibətindən asılı olacaq. Rusiyanın ərazi məsələlərində nə qədər güzəştə getdiyi hələ məlum deyil. Əgər Vladimir Putin ərazi məsələsində əvvəlki kimi israr edərsə, danışıqlar pozulacaq və müharibə davam edəcək. Ona görə də Ukrayna Prezidenti yanvarın 23-24-də Əbu -Dabidə keçiriləcək danışıqlarda Donbas məsələsinin əsas müzakirə predmeti olaraq qalacağını deyib. 

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskvada Uitkof və Kuşnerlə görüş zamanı Rusiya tərəfi ərazi məsələsini Ankoricdə razılaşdırılmış formula uyğun həll etmədən, uzunmüddətli razılaşmaya nail olmağa ümid etməyi mənasız saydığını bildirib. 

Yəni Rusiya tərəfi Alyaskadakı razılaşma əsasında ilk olaraq ərazi məsələsinin Rusiyanın maraqlarına uyğun həll edilməsini istəyir. Bu da Əbu-Dabi görüşünün nəticələrini bəribaşdan şübhə altına alır. Əbu-Dabidə ABŞ və Ukraynanın Rusiya tərəfinə enerji obyektlərinin vurulmaması üçün atəşkəs təklif edəcəyi gözlənilir. 

Əgər Rusiya bu təklifi qəbul edərsə, Ukrayna da Rusiyanın neftayırma zavodlarını və neft terminallarını vurmamaq barədə razılaşmanı imzalaya bilər. 

Sülhün baş tutmasında ikinci vacib məsələ Ukraynaya ABŞ tərəfindən təhlükəsizlik zəmanətlərinin verilməsindir. Son vaxtlar ABŞ və Ukraynanın bu məsələdə konkret nəticələrə əldə etdiyinə dair məlumatlar var. Lakin Avropa İttifaqı bu məsələdə Trampa yetərincə güvənmir. 

Avropa liderləri xüsusilə də Trampın nümayəndələrinin Moskvada Vladimir Putinlə danışıqlar apardıqları bir vaxtda Ukraynaya diqqətin yenidən azala biləcəyindən narahatdırlar. Avropanın təhlükəsizliyinə zəmanətdən Trampın imtina etməsi ABŞ-nin gələcəkdə Ukraynaya qarşı da eyni öhdəliklərdən yayına bilcəyini istisna etmir. 

NATO-nun baş katibi Mark Ruttenin Trampın sülh təşəbbüsünü alqışlamasına baxmayaraq, “Biz Ukraynaya hərbi yardımı davam etdirəcəyik” deməsi regionda eskalasiya riskinin sülh imkanlarından daha çox olduğunu göstərir. 

Zelenskinin Davosda Avropa liderlərinı müraciət edərək onları konkret əməli addımlar atmağa çağırması rəsmi Kiyevin təhlükəsizlik məsələsində Trampa deyil, daha çox Avropanın dəstəyinə ümid etdiyindən xəbər verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya-Ukrayna müharibəsi Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri