Icma.az
close
up
RU
Yaddaşımız xatirələrimizi düzgün yadda saxlayırmı?

Yaddaşımız xatirələrimizi düzgün yadda saxlayırmı?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Yaddaş özümüzü dərk etməyimizdə və şəxsiyyətimizin formalaşmasında əsas rol oynayır. Lakin insan yaddaşı yalnız məlumatların passiv saxlanc yeri deyil. O, hadisələri aktiv şəkildə yenidən qurur, dəyişdirir və hətta bəzən xəyali “xatirələr” yaradır. AZƏRTAC kiçik araşdırması ilə yaddaşın real olmayan xatirələr yaratma xüsusiyyətinin elmi və emosional aspektlərini, həmçinin bu fenomenin insan psixologiyası və davranışlarına təsirini təhlil edib.

Yaddaş və xatirələrin yenidən qurulması

Yaddaş heç vaxt kamera kimi tam dəqiq olmur. Beynimiz hadisələri yadda saxlayarkən onları müəyyən mənada “redaktə edir”. Əsas səbəb yaddaşın təkcə faktları saxlamaq deyil, həm də mövcud vəziyyətə uyğun gələn və adaptasiya oluna bilən məlumatları qorumasıdır.

Məşhur amerikalı psixoloq Elizabeth Loftusun apardığı eksperimentlər yaddaşın dəqiqlikdən uzaq olduğunu sübut edir. Onun “yanlış xatirələr” mövzusunda apardığı tədqiqatlar göstərir ki, insanlara saxta məlumatlar təqdim etməklə onların yaddaşına həqiqətdə baş verməmiş hadisələri yerləşdirmək mümkündür. Məsələn, bir eksperiment zamanı iştirakçılara onların uşaqlıqda alış-veriş mərkəzində itkin düşdükləri barədə saxta hekayələr danışılıb. Daha sonra iştirakçıların əksəriyyəti həmin hadisəni xatırladıqlarını iddia edib və hətta əlavə detallar təsvir ediblər.

E.Loftusun misinformasiya effekti ilə bağlı işləri göstərir ki, yaddaş təsir altındadır. Əgər bir hadisə haqqında təhrif olunmuş məlumat alırıqsa, həmin məlumat bizim xatirələrimizi dəyişdirə bilir. Məsələn, yol qəzası haqqında filmə baxan insanlara “maşınlar toqquşanda şüşələr necə qırıldı?” kimi bir sual verildikdə, şüşə qırılmasının, əslində, baş vermədiyini bildikləri halda, həmin xatirəni təsdiqləyiblər.

Hipokampus beyinin yaddaş emalı üçün əsas mərkəzlərindən biridir. Lakin yaddaşın yenidən kodlanması zamanı hipokampus bəzən mövcud emosiyalar və ya sosial təsirlər nəticəsində məlumatları dəyişdirir. Bu, yaddaşın “elastikliyini” təmin edir, lakin dəqiqliyi azaldır. Sinapsların yenidən qurulması fenomeni yaddaşın dəyişməsinə səbəb olur. Hər dəfə bir xatirəni yada saldıqda, bu məlumat yenidən kodlanır və orijinal hadisənin təfərrüatları dəyişə bilir.

Psixoloji və sosial təsirlər

Emosiyalar yaddaşın yenidən qurulmasında böyük rol oynayır. Travmatik hadisələr bəzən yaddaşda dəqiq saxlanılsa da, bir çox hallarda beynimiz həmin xatirələri dəyişərək onları daha az ağrılı edir. Sosial mühit və qrup təzyiqi də yaddaşın dəyişməsinə səbəb ola bilər. Məsələn, Asch konformizm təcrübəsində iştirakçılar ətrafdakıların səhv cavablarına uyğun olaraq öz yaddaşlarında olan doğru cavabı dəyişiblər. Yanlış xatirələr bəzən fərdi həyatımıza ciddi təsir göstərə bilər. Məsələn, travmatik hadisələr zamanı yaddaşın təhrif olunması bəzən posttravmatik stres pozuntusunu daha da şiddətləndirir. İkincisi, yanlış xatirələr hüquqi proseslərdə şahid ifadələrinə ciddi təsir göstərə bilər. ABŞ-da aparılan bir araşdırmaya görə, yanlış yaddaşların səbəb olduğu ifadələr günahsız insanların məhkum olunmasında mühüm rol oynayıb.

Real olmayan xatirələr yaradan bir neçə maraqlı hadisələrə nəzər salaq:

Mandela effekti. İnsanlar arasında geniş yayılmış yanlış kollektiv yaddaş fenomenidir. Bu fenomen insanların keçmişdə baş vermiş hadisələr haqqında ortaq, lakin yanlış məlumatlara inanması ilə xarakterizə olunur. Məsələn, bir çox insan Nelson Mandelanın 1980-ci illərdə həbsxanada öldüyünə inanırdı, halbuki o, 2013-cü ildə vəfat edib.

Deja Vu və Jamais Vu. Bu fenomenlər də yaddaşın qəribə oyunlarından biridir. Deja vu zamanı insanlar yeni bir hadisəni sanki əvvəllər də yaşadıqlarını hiss edirlər, halbuki bu, real xatirəyə əsaslanmır.

Fleşbək xatirələr. Travmatik hadisələr zamanı insanlar bəzən hadisənin müəyyən detallarını çox dəqiq xatırladıqlarını iddia edirlər. Lakin bu xatirələr də çox vaxt təhrif edilir və ya qeyri-dəqiq olur.

Kruger-Dunning effekti. Yaddaşın və özünüqiymətləndirmənin qəribə bir oyunudur. İnsanlar bilikləri məhdud olduqda özlərini daha çox məlumatlı hiss edir, daha çox bildikcə isə özlərini daha az əmin hiss etməyə başlayırlar. Bu, yaddaşın özünəgüvən və reallıq arasındakı əlaqəni necə təhrif edə biləcəyini göstərir.

Sərhəd xatirələri (Boundary extension). İnsanlar bir görüntünü yaddaşlarında saxladıqları zaman həmin görüntünün sərhədlərini genişləndirirlər. Məsələn, şəkildən yalnız bir obyektin hissəsi görünürsə, beyin həmin obyektin tam görüntüsünü tamamlayaraq xatırlamağa çalışır. Bu fenomen real hadisələri təhrif edərək yaddaşda daha geniş və bəzən səhv təsvirlər yaradır.

Recovered memories. Bu, travmatik hadisələrin uzun illər yaddaşın dərinliyində gizli qalması və bir terapiya və ya hadisə zamanı birdən-birə ortaya çıxması halıdır. Bu fenomen bəzi hüquqi işlərdə mübahisəli bir mövzu olub, çünki ortaya çıxan xatirələrin etibarlılığı tez-tez sorğulanır.

Pareidolia. İnsanların təsadüfi obyektlərdə və ya naxışlarda tanış formaları və ya sifətləri görməsi fenomenidir. Bu, yaddaşın qeyri-real obyektlərə mənalar yükləmək qabiliyyətini göstərir. Məsələn, insanlar buludlarda heyvan şəkilləri gördüklərini xatırlayır və ya qəhvə köpüyündə sifət “tanıyırlar”.

Nostalgiya effekti. Keçmişlə bağlı xatirələrin həmişə müsbət tərəflərinin xatırlanması halıdır. İnsanlar keçmişi daha gözəl və xoşbəxt görməyə meyillidirlər, halbuki həmin dövrlərdə yaşanan problemlər yaddaşın təhrifləri ilə arxa plana keçir.

Bütün bu məsələlər yaddaşın yalnız biofiziki bir proses deyil, həm də insan təcrübəsi və sosial təsirlərlə sıx bağlı olduğunu göstərir. Yaddaş yalnız keçmişi yenidən canlandırmaq üçün deyil, həm də insanın gələcək qərarlarını, emosiyalarını və sosial münasibətlərini formalaşdırmaq üçün mühüm bir vasitədir.

İnsan yaddaşı həqiqətdir, yoxsa xəyal?

İnsan yaddaşı dəqiq bir tarix kitabı deyil, daha çox təəssürat və təxəyyül əsasında yazılan bir hekayədir. Yaddaş həm bioloji, həm də psixoloji proseslərin təsirinə məruz qaldığı üçün real olmayan xatirələr yaratmaq təbiidir. Yaddaşın təhrif olunmasının həm elmi, həm də emosional aspektləri mövcuddur və beləliklə, yaddaş həqiqətin yenidən qurulmuş bir versiyasıdır. Yaddaşımızın oyunlarına qarşı diqqətli olmalı və xatirələrimizi tam həqiqət kimi qəbul etmədən əvvəl onları analiz etməyə çalışmalıyıq. Çünki bəzən yaddaşımız həqiqətə deyil, inandığımız hekayələrə üstünlük verir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 May 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri