Icma.az
close
up
RU
Yaddaşımız niyə zəifləyir? SƏBƏBLƏR

Yaddaşımız niyə zəifləyir? SƏBƏBLƏR

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq.

Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik.

Maraqlıdır, buna  səbəb olan amillər nələrdir?

Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur

Psixoloq Taryel Faziloğlu Modern.az-a açıqlamasında bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:

“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı  hədəf planlamasının olmamasıdır.  Amma indiki halda  gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.

İlk səbəb gənclərin  plansız yaşamaqlarıdır. İkinci, gələcəyə heç bir güvən və inamları yoxdur. Sonuncu əsas amil isə psixoloji immunitetlərinin zəif olmasıdır. Yəni  psixoloji əhval-ruhiyyələri tez-tez dəyişir və bu dəyişkənlik onlarda zehni yorğunluq  yaradır. Bunun nəticəsində də yaddaş pozğunluğu özünü biruzə verir”.

İnsanlar psixoloji yardım alaraq problemin öhdəsindən gələ bilərlər

Psixoloqun sözlərinə görə yaddaşsızlığa təkan verən digər səbəblərdən biri informasiya bolluğudur: “İnformasiya zəhərlənməsindən əziyyət çəkən gənclərdə  qeyd etdiyim hər üç psixoloji amil nəticəsində yaddaş pozğunluğu yaranır. Bu, artıq dünyada da aktual bir problemdir. Bununla bağlı inkişaf etmiş ölkələrdə  problemin həlli istiqamətində xidmətlər təyin olunur. İnsanlar mütəmadi olaraq psixoloji dəstək alırlar. Təəssüf ki, son zamanlar bu kimi hallar Azərbaycanda da müşahidə edilir və artmaqdadır. Bu problemi yaşayan insanlar psixoloji yardım alaraq bunun öhdəsindən gələ bilərlər”.

“Texnologiya, mənşəyi bilinməyən məhsullar...”

Nevropatoloq Fərhad Əhmədov qeyd edib ki, yaddaş probleminin bir neçə səbəbləri ola bilər:

“Hazırda informasiya bolluğunun olduğu zamanda yaşayırıq. İstər televiziyalar, istər digər media orqanları, eyni zamanda internet vasitəsilə əldə edilən informasiyalar həddindən artıq çoxdur. Bu da sinir sisteminə ağırlıq edir.

Nəticə olaraq gənclərdə də yaddaşsızlıq problemləri müşahidə edilir. Yaddaşın da müəyyən qədər həcmi var. Onu artıqlaması ilə yükləyən zaman istər-istəməz bu cür problemlərlə qarşılaşmaq mümkündür. Məsələn, əvvəllər texnologiya bu qədər inkişaf etməmişdi. Fikir verirsinizsə, həmin zamanlarda  yaddaşla bağlı şikayətlər də az idi.

Digər tərəfdən mənşəyi bəlli olmayan, şübhəli məhsullar da problemin yaranmasına səbəb ola bilər. Yaddaşı gücləndirmək üçün yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, kitab oxumaq, musiqi dinləmək, lazımdır”.

F.Əhmədov bütün günü masa arxasında oturmağın da yaddaş zəifliyinə səbəb ola biləcəyini bildirib: “Eyni zamanda masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır. Səhərdən axşama qədər ofisdə oturub çalışan işçilərin onurğasında yaranan sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Bunun nəticəsində insan hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar adətən yorğun olurlar”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri