Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Yaddaşlardan silinməyən yazıçı

Yaddaşlardan silinməyən yazıçı

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıl Şıxlının anım günüdür

Tarixin müxtəlif zamanlarında təsdiq olunub ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də millətin, yetirdiyi böyük qələm və söz adamları, işıqlı ziyalıları. Görkəmli Xalq yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəsti-xətti, şəxsiyyəti ilə seçilir. Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub.

Bu gün xalq yazıçısının vəfatından 30 il ötür. Həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, ?ətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür.

İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə vaxtilə verdiyi müsahibələrinin birində deyir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm”.

Onun qiymətli kitablarını, “Ayrılan yollar”, “Dəli Kür” romanlarını oxuduqca daha çox öz “Mən”imiz, kökümüz üstündə düşünmüş, milli özünüdərkimiz üzərində tərbiyə olunmuşuq. “Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. İsmayıl Şıxlı yaradıcılığının milli ruhu - Azərbaycan insanının xarakteri bizi özümüzə göstərib və düşündürüb ki, Azərbaycan kişisinin bədii obrazı - xırdalıqdan, gözüqıpıqlıqdan yox, bəylikdən, cəsarətdən, qürur və milli xarakterdən keçməlidir. Yazıçı bizə hələ ötən əsrin 60-cı illərində bədii obraz olaraq Cahandar ağanı bağışlamışdı. Hətta İsmayıl Şıxlı “Kommunist” qəzetində yazmışdı ki, əsər yazılıb kinossenariləşdiyi çağlarda - yuxarılarda, keçmiş sovet ittifaqında əsərə qarşı aqressiv münasibət olmuşdu. Bir anlıq xatırlayaq Azərbaycan bəyi Cahandar ağanın rus “soldatları” tərəfındən necə güllələndiyini! Hətta İsmayıl Şıxlı məsələsinə Yazıçılar İttifaqında, MK plenumlarında baxılmasına Azərbaycan KP MK qarşısında tələb qoyulmuşdu. Lakin İsmayıl Şıxlının şəxsiyyət və ləyaqəti hər hansı bir addımın atılmasına, cəsarətin göstərilməsinə sipər olmuşdu. O, öz milli nümunəsinə görə bu təhdid və təqiblərdən qoruna bilmişdi.

İ.Şıxlı sənətdə olduğu kimi, həyatda da vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu qoruyub, hər şeydən uca tutub. Yaradıcılığında ifadələrin sadə, mənanın aydın, eyni zamanda fəlsəfi olması daha çox İ.Şıxlının xalq yaddaşı və xalq ruhu ilə bağlandığını təsdiqləyir. Onu həmişə xalqın taleyi, mənəviyyatı düşündürdüyündən əsərləri xalqın ürəyinə tez yol tapıb. Bu əsərlər onun görkəmli Azərbaycan yazıçısı kimi tanınmasına və xalq tərəfindən sevilməsinə səbəb olub.

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır.

Yazıçı 1995-ci il iyulun 26- da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri