Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Azı qərar, çoxu zərər...

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Yadigar Məmmədli: “Hələ jurnalistikanın gələcəyi var” MÜSAHİBƏ

Yadigar Məmmədli: “Hələ jurnalistikanın gələcəyi var” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Mətbuatın xidməti məhz cəmiyyətin sağlam olması üçün ona tənqidi gözlə yanaşması və problemləri üzə çıxarmasıdır”.

Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü,  Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Cebheinfo.az”-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Yadigar bəy, Azərbaycan mətbuatının 150 illik inkişaf yolu hansı əsas mərhələləri əhatə edir? 

- Əslində, 150 il böyük bir dövrdür. Təbii ki, Azərbaycan kimi Şərqdə yerləşməsinə baxmayaraq özünün tarixini yaradan, demokratik təsisatlar quran, media, insan haqları qurumları və digər bu kimi təsisatlar yaradan bir ölkə üçün 150 il böyük bir dönəmdir. Bunu adətən əsas üç mərhələyə bölürlər. 

Birincisi, yaranma dövrüdür: 1875-ci ildən 1918-ci ilə qədər olan müddət mətbuatın yaranması və inkişafı dövrü kimi xarakterizə olunur. Sonra isə 1920-ci ildən 1991-ci ilə qədər Sovet dönəmi gəlir. Azərbaycanın işğal olunaraq, imperiya tərkibinə qoşulduğu dövr də təxminən 70 il davam etdi.

Üçüncü mərhələ isə Azərbaycanın yenidən öz müstəqilliyini elan etdiyi 1991-ci ildən sonrakı dövrdür. Təxmini olaraq, mətbuatın keçdiyi inkişaf mərhələsini 3 əsas mərhələyə bölmək olar. Lakin onların da içərisində başqa mərhələlər var.

1875-ci ildə “Əkinçi” qəzeti yarandı və bununla da mətbuatın əsası qoyuldu. Sonra isə digər qəzetlər yarandı. Bir növ “Əkinçi”nin səpdiyi toxum cücərdi və digər qəzetlərə keçdi. Daha sonra bu qəzetlər bütövlükdə ictimai fikrin və milli kimliyin formaşmasında rol oynadı. 

Bütün bunların fonunda demokratik cümhuriyyət yarandı. İkinci dövr Sovet dönəmi olmasına baxmayaraq, mətbuatımız fəaliyyətinə davam etdi. Senzura və təzyiq altında olsa da, sözaltı və sətiraltı mənalarla müəyyən həqiqətləri, Azərbaycan tarixi üçün önəmli olan məsələləri ötürə bildi. 

Azərbaycanın müstəqil olduğu dövrdən sonra da mətbuat Azərbaycanın dövlət müstəqiliyinin möhkəmləməsində, ölkəmizin həm daxil, həm də xarici siyasətində mühüm rol oynayır. 

- Azərbaycan mətbuatında son illərdə hansı dəyişiklikləri müşahidə etmisiniz? 

- Mətbuatda son illər ən böyük dəyişiklik “Media haqqında” Qanunun qəbul olunmasıdır. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin yaranması da olduqca vacibdir. Həmçinin, sosial şəbəkələr və rəqəmsal medianın da inkişafını görürük. Ümumiyyətlə, informasiyanın çox sürətlə yayıldığı bir dövrdə yaşayırıq. Son illərdə mətbuatda bir çox müsbət dəyişikliklər yaşanıb.

- Bu il 150 illiyini qeyd edən Azərbaycan mətbuatı sizin yaddaşınızda daha çox nələrlə qalır? 

- Təbii ki, yaddaşımda çox şey var. Dediyim kimi, bu mərhələlərdir. 1991-ci ildən sonra Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsi, bu dövrlərdə torpaqlarının işğala məruz qalması, amma üzərindən 30 il keçməsinə rəğmən, torpaqları döyüşərək geri alması çox ciddi hadisələrdir. 

Təbii ki, ən böyük hadisə 44 gün davam edən Vətən müharibəsidir. Bu müharibə Azərbaycanın və mətbuatının tarixində silinməz iz qoydu. Müharibə dövründə Azərbaycan mətbuatı da peşəkarlığını bir daha nümayiş etdirdi. Peşəkar jurnalistlərin hesabına həmin dövrdə informasiya savaşında mühüm işlərin görülməsi yaddaqalan hadisələrdir. 

- Müasir dövrdə Azərbaycan mətbuatı ən çox hansı çətinliklərlə üzləşir? 

- Mətbuat elə bir sahədir ki, hər zaman çətinlikdədir. Ona görə ki, mətbuat hansı cəmiyyətdə olmasından asılı olmayaraq, daha çox problemləri qabartmalıdır. Düzdür, mətbuatın mühüm missiyalarından biri də məlumatlandırmayla bərabər, maarifləndirmədir. Maarifləndirmə hər zaman olmalıdır. Amma informasiyanın əldə olunmasında, ötürülməsində və xəbər mənbələrinin çox olmasında müəyyən problemlər olub. 

Düşünürəm ki, cəmiyyətdən asılı olmayaraq- istər ABŞ, istər Avropa ölkələri olsun - informasiya əldə etmək, nöqsanları və boşuqları göstərmək hər zaman çətinliklə qarşılaşır. Amma bu, o demək deyil ki, mətbuat öz yolundan dönməlidir. Mətbuatın xidməti məhz cəmiyyətin sağlam olması üçün onu tənqidi gözlə yanaşması və problemləri üzə çıxarmasıdır. 

Bu məsələlər sonra müxtəlif səviyyələrdə  müzakirəyə çıxarılır. Bundan sonra cəmiyyət həmin sahələr üzrə problemləri həll etməli və irəli getməlidir. Cəmiyyət irəli getdikcə, dövlət də irəli gedir. Yəni bu məsələlərdə mətbuatın xidmətləri müstəsnadır və hər zaman da belə qalacaq. 

- Rəqəmsal medianın inkişafı ənənəvi mətbuatın rolunu necə dəyişib? 

- Yeni rəqəmsal mətbuatın digər media formatını geridə qoyması ilk deyil. Radio yarananda qəzetin nüfuzunun azalacağını deyirdilər.  Daha sonra isə televiziya xəbərlərinin həm radio, həm qəzet xəbərlərindən daha üstün olacağını dedilər. Hətta televiziyanın radio və qəzetləri sıradan çıxaracağı kimi fikirlər səslənidirilirdi. Lakin zaman göstərdi ki, bunların heç biri olmadı. 

Düzdür, bu gün sosial şəbəkələr daha operativdir. Bloqerlərin çox sayda informasiya mənbələri var. Ümumiyyətlə, sosial şəbəkələrdə bütün məlumatların olduğunu görürük. Ancaq buna baxmayaraq, ənənəvi mətbuatın rolu dəyişmir. Çünki onun ortaya qoyduğu prinsiplər hər zaman eyni qalır.

Dəyişən sadəcə format və xəbərin təqdim olunma formasıdır. Texnoloji inkişaf medianı daha da irəli apara bilər, amma vətəndaşlar sosial şəbəkələrdəki xəbərlərin doğruluğunu belə yenə də ciddi mətbuatdan dəqiqləşdirirlər. Deməli, bu da yenə bizim üzərimizdə olan missiyadır. Peşəkar mediadan kənarda alınan informasiyanın dəqiqləşdirilməsi üçün ciddi mətbuata üz tuturlar. Bəlkə sosial şəbəkələrin daha da yeni formaları yaranacaq. Amma yenə də mətbuatın üzərinə düşən missiya yerində qalır və peşəkarlığını davam etdirməlidir.

- Siz 1990-cu illərin məşhur media nümayəndələrindən biri olmusunuz. İndi də mətbuatda “90-ların uşaqları” deyilən bir termin var. Tez-tez onlarla müasir jurnalistləri müqayisə edirlər. Siz müqayisə etsəniz, üstünlüyü kimə verərdiniz?

- 1980-ci illərdən etibarən artıq proses başlamışdı və çox sayda gizli mətbuat var idi, həmin dövrün rəsmi mətbuatını belə üstələyirdi. Baxmayaraq ki, Sovet rejimi çökmək üzrə idi, amma senzura qalırdı. 

Mətbuatın yeni dövrü dediyimiz 1991-ci ildən sonrakı dönəm jurnalistikada hər kəsin qabliyyətinə uyğun olaraq öz imkanlarını ortaya qoyması mümkün idi. O dövrdə çox ciddi mətbuat və peşəkar jurnalistlər ortaya çıxdı. Bu, həmin zamanın tələbi idi, belə də olmalıydı. Bütün bunlar mətbuatı inkişaf etdirdi və Azərbaycan üçün çox ciddi işlər görüldü. 

Həmin dövrdə meydana çıxan insanlar artıq yaşlanıblar. Dünyasını dəyişənlər də var, Allah onlara rəhmət etsin! Onların izi bu gün də davam edir, fikirləri ehtiramla qəbul olunur. Həmin dövrdə ortaya çıxan jurnalistika indiki ilə müqayisə olunmur. 

O dövrün jurnalistləri artıq estafeti gənclərə ötürüblər. Artıq gənclər həmin jurnalistlərin yanında bu peşəyə yiyələniblər. Sözügedən dövrün jurnalistləri bu gün də öz missiyalarını yerinə yetirirlər. Gənclər də bu işi uğurla aparırlar. Yəni hələ jurnalistikanın gələcəyi var.

Ümumiyyətlə, jurnalistika artıq cəmiyyətdə qiymətini alıb. Jurnalistlər dövlət quruculuğunda və cəmiyyətin inkişafında öz funksiyalarını yerinə yetirir, insanları informasiya ilə təmin edirlər. Gənclər də bizə baxaraq jurnalist prinsiplərini qorumalıdırlar. Ümid edirəm ki, media dövlət və cəmiyyət qarşısına üzərinə düşən missiyanı bundan sonra da uğurla yerinə yetirməyə davam edəcək.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan mətbuatı jurnalistika 150 il Yadigar Məmmədli Müsahibə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see476

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see403

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see244

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see184

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see165

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see147

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see138

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see135

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see135

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see134

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see130

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see128

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see128

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see127

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see127

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see125

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see123

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see123

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see121

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri