Yadplanetli adlandırılan kosmik obyektdə yeni qəribəlik üzə çıxıb
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Bir sıra alimlərin uçan naməlum obyekt (UNO) adlandırdığı ulduzlararası obyekt 3I/ATLAS-da parıltı yaradan hissəciklərlə əlaqəli yeni anomaliya aşkar edilib.
AzPost bildirir ki, bu müşahidəni öz bloqunda Harvard Universitetinin alimi Avi Loeb dərc edib.
Onun sözlərinə görə, obyekt Günəşə yönəlmiş işıq axınına hakim olan hissəciklərin qeyri-adi ölçüsü ilə fərqlənir. Bu xüsusiyyətlər 3I/ATLAS-ı digər oxşar səma cisimlərindən fərqləndirir.
Həmçinin qeyd olunur ki, obyektin antiquyruq strukturunda tipik tozdan xeyli böyük hissəciklər üstünlük təşkil edir. Bu zaman böyük fraqmentlər günəş işığını daha az effektiv şəkildə səpir və müşahidə olunan fenomeni standart modellər üçün qeyri-adi edir.
Daha əvvəl amerikalı geoloq Stefan Börns 19 dekabrda planetimizə yaxınlaşarkən ulduzlararası obyekt 3I/ATLAS-dan Yerə anomal siqnal aşkar etdiyi barədə şok açıqlama vermişdi.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















