Icma.az
close
up
RU
Ukraynanın yeni planı üzə çıxıb

Ukraynanın yeni planı üzə çıxıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski “1+1” telekanalına müsahibəsində Rusiya ilə davam edən müharibədə son hadisələri dəyərləndirib. 

“Cebheinfo.az” xəbər verir ki, ölkəsində ən şiddətli qarşıdurmaların yaşandığı Donetsk vilayətinin Pokrovsk şəhərindəki vəziyyətlə bağlı məlumat paylaşan Sırski Rusiya ordusunun şəhərə intensiv hücumlarını davam etdirdiyini qeyd edib. O bildirib ki, düşmən Pokrovski ələ keçirmək üçün hər cür səy göstərir. “Biz də şəhərin tutulmaması üçün hər şeyi edirik”,-deyə general qeyd edib. 

Rus ordusunun Pokrovska hücum etmək üçün böyük potensiala malik olduğunu deyən Sırski döyüşlərdə rusların Ukrayna ordusundan daha çox itki verdiyini deyib. Sırski son vaxtlar Rusiya ərazisindəki hədəflərə uzaqmənzilli silahlarla həyata keçirdikləri hücumların məqsəd və əhəmiyyətinə toxunub. O, bu hücumlar sayəsində Rusiya ordusunun sursatlarının əhəmiyyətli dərəcədə azalmağa başladığını bildirib. 

Baş Qərargah rəisi Ukrayna ordusunun 2024-cü ildə Rusiyanın Kursk bölgəsinə hücumunun əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, Kurska daxil olduqdan sonra Rusiya ordusunun Ukraynanın Sumi və Xarkov bölgələrinə intensiv hücumlarının qarşısı alınıb. Sırski deyib ki, müdafiədə qalmaqla müharibədə qalib gəlmək mümkün deyil.

Ona görə də Ukrayna ordusu hücumlara başlamaq üçün daim öz üstünlüklərini inkişaf etdirməlidir. Rus ordusuna qarşı pilotsuz uçuş aparatlarından təsirli şəkildə istifadə etdiklərini qeyd edən Sırski “Dünyada İnsansız Sistem Qüvvələrini ilk yaradan bizik. 

Hazırda pilotsuz komponentimizi yaradırıq. Robotlu platformaları aktiv şəkildə inkişaf etdiririk. Biz yerüstü döyüş platformaları da inkişaf etdiririk”,- deyə əlavə edib. Sırski yerli hava hücumundan müdafiə və raket sistemi yaratmağa çalışdıqlarını açıqlayıb: 

“Bizim bunu yaratmaq imkanımız və bacarığımız var. Ümid edirəm ki, onun xüsusiyyətləri “Patriot”dan (ABŞ-nin hava hücumundan müdafiə sistemi) geri qalmayacaq”. 

2024-cü ilin noyabrında Rusiya ordusunun “Oreşnik” raketi ilə Ukraynaya etdiyi hücuma toxunan Sırski onu məhv edəcək hava hücumundan müdafiə sisteminə sahib olmadıqlarını qeyd edib. O, dünyada ortamənzilli “Oreşnik” raketini vura biləcək bir neçə sistem olduğunu, lakin hazırda bunun Ukraynada olmadığını bildirib:“Biz də belə bir sistemin olması üçün çalışırıq”

Baş Qərargah rəisi hava hücumundan müdafiə sistemi ilə birlikdə təsirli bir raket sistemini də yaratmaq üçün çalışdıqlarını deyib: 

“Bu, bizi öz hava hücumundan müdafiə sistemimizi yaratmağa, təkcə hava hücumundan müdafiə sistemini deyil, həm də raketdən müdafiə sistemini yaratmağa sövq edir. Bu, həm də bizi belə bir sistem əldə etmək üçün müttəfiqlərimizlə fəal danışıqlar aparmağa sövq edir. 

İşlər davam edir, fəal iş aparılır. Ümid edirəm ən qısa zamanda istənilən nəticəyə çatacağıq”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri