Icma.az
close
up
RU
Yadplanetliləri ələ keçirmək üçün yeni plan: Artıq qaça bilməyəcəklər

Yadplanetliləri ələ keçirmək üçün yeni plan: Artıq qaça bilməyəcəklər

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

NASA (ABŞ) “Habl” kosmik teleskopundan 100 dəfə iti görən, elm adamlarına yadplanetlilərin dünyalarını aşkarlamaq üçün lazımi məlumatlara yetişməyə kömək edən yeni kosmik teleskop buraxmaq üzrədir.

Ölkə.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ agentliyi məlumat yayıb.

Qurum bildirib ki, yeni nəsil kosmik teleskop olan “Nensi Qreys Roman” (Nancy Grace Roman) 2027-ci ilin mayında işə salınacaq və astronomlara qaranlıq enerji, ekzoplanetlər və infraqırmızı astrofizika ilə bağlı elmi sirləri açmağa imkan verəcək.

NASA-ya görə, yeni kosmik teleskop həm də astronomlara yaşayış üçün əlverişli planetlər axtarmağa imkan verəcək gələcək texnologiyalara doğru atılan əsas addım kimi görünür. Missiyanın bir hissəsi gələcək teleskopların yerəbənzər planetləri aşkar etməsinə kömək etmək üçün həlledici ola biləcək “Roman Koronaqraf” sistemini sınaqdan keçirməkdir.

“Olduğumuz yerdən olmaq istədiyimiz yerə çatmaq məqsədilə bu texnologiyanı nümayiş etdirmək üçün bizə “Roman Koronaqrafı” (Roman Coronagraph) lazımdır. Biz öyrəndiyimiz dərsləri NASA-nın yerəbənzər planetlərin axtarışı üçün xüsusi olaraq hazırlanacaq qabaqcıl missiyalarının növbəti nəslinə tətbiq edəcəyik”, - kosmik teleskop layihəsinin iştirakçısı Rob Zellem deyib.

Qeyd olunur ki, alimlər hazırda uzaq günəşlər ətrafında fırlanan planetləri aşkarlamaqla məşğuldurlar. Başqa sözlə, “Roman Koronaqrafı” elm adamlarına yadplanetli aləmlərin axtarışında yeni bir imkan yaradır.

Yeni teleskop həm də ulduzlarından 100 milyon dəfə zəif olan planetləri mövcud kosmik koronaqraflardan 100-1000 dəfə daha yaxşı aşkar etmək üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri