Yagelloniya nın prezidenti: Püşkatmada Azərbaycan klubunun düşməsinə etiraz etməzdim
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın "Yagelloniya" klubunun prezidenti Zbiqnev Deptula Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimindən danışarkən, rəqib kimi Azərbaycandan klublarından birini arzuladığını etiraf edib.
Sportal.az xəbər verir ki, “Gazeta Współczesna” nəşrinə danışan klub rəhbəri bu cür danışıb:
"Şəxsən mən püşkatmada bizə heç vaxt olmadığım ölkələrdən bir komandanın düşməsinə etiraz etməzdim. Məsələn, Farer adaları və ya Azərbaycan klubu. Amma ciddi olsaq, püşkatmanı təmkinlə gözləyirəm, çünki hər bir rəqibə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Digər tərəfdən, transfer pəncərəsinin uzun və gərgin olacağını nəzərə alsaq, daha zəif rəqiblə başlamaq yaxşı olardı ki, komanda yavaş-yavaş toparlansın".
Xatırladaq ki, “Yagelloniya” “Zirə” və “Araz-Naxçıvan” üçün potensial rəqibdir. Hər iki klubumuz sıradan çıxmamış səbətdədir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















