Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məşqçisi: Püşkatmada bəxtimiz gətirmədi

Azərbaycan millisinin baş məşqçisi: Püşkatmada bəxtimiz gətirmədi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Püşkatmada bəxtimiz gətirmədi. Bizi çətin qarşılaşmalar gözləyir. Təlim-məşq toplanışlarında daha yaxşı hazırlaşmağa çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edə bilək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının birinci mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis B Liqasının 1-ci qrupunda yer alan yığmamızın hazırkı durumundan və turnirdəki şanslarından bəhs edib: “2008-ci il təvəllüdlü uşaqlar artıq komandadan ayrılıb. Bu il 2009-2010-cu il təvəllüdlü oyunçularla çıxış edəcəyik. Ümidimizi bu qızlara bağlamışıq. Yeni yaş qrupu olduğu üçün komandanın durumunu təlim-məşq toplanışından sonra müəyyənləşdirə biləcəyəm. Uels və Kosovo seçmələri ötən il A qrupunda yarışmışdılar. Təəssüf ki, bu dəfə bizimlə eyni qrupa düşdülər. Amma bu o demək deyil ki, biz bu komandaların qarşısında heç nə edə bilməyəcəyik. Onlar arasında seçim etməli olsaq, deyə bilərik ki, hər iki rəqib də favoritdir. Amma Uelsi xüsusi fərqləndirmək istərdim. Bu iki kollektivin oyun üslubunu izləyib, təhlil etməmişəm. Amma ümumi nəticələrə baxdıqda görünən odur ki, Uels Kosovadan üstündür. Təbii ki, oyunları analiz etdikdən sonra daha dəqiq məlumat vermək olar. Bu yığmaya da yeni yaş qrupundan qızlar gələcək. Moldovaya gəldikdə isə bu komandanın bizə tanış olduğunu deyə bilərik. Ötən turnirlərdə də onlarla qarşılaşmışıq. Sonuncu matçımızda 4:1 hesabı ilə qalib gəlmişdik. Amma bu o demək deyil ki, rəqibə yuxarıdan aşağı baxmaq olar. Dediyim kimi, hər il yaş qrupu yeniləndiyi üçün rəqiblərin hazırkı durumu ilə bağlı danışmaq çətindir”.

Qeyd edək ki, görüşlər bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarix hələlik bəlli deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri