Icma.az
close
up
RU
Yağış yağanda… FOTOREPORTAJ

Yağış yağanda… FOTOREPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Axşamlar televiziya ekranı qarşısında və radio dalğalarında hamının qulaq kəsildiyi ən mühüm informasiyalardan biri sinoptiklərin verdiyi hava haqqında məlumat olur: “Sabah havanın yağışlı keçəcəyi, arabir intensiv xarakter alacağı gözlənilir”.

Həmin informasiyanı eşitmək səhəri gün küçələrdə rəngbərəng çətirlər altında gəzənləri görmək üçün kifayətdir. Nə qədər ki, hava xoşdur, qar-yağış yoxdur, ona ehtiyac da olmur. Elə ki, yağış mövsümü gəldi, el arasında deyildiyi kimi, göydən yerə nur yağmağa başladı, çətir ən mühüm aksesuara çevrilir.

Çətirin vətəni hesab edilən Çin və Misirdə onu hakimiyyət və güc simvolu hesab edirdilər. Sonralar şərqdən qədim Yunanıstana, oradan da Romaya keçən çətirlər XVII əsrdə Fransaya gedib çıxıb. Həmin dövrdə çətirlərin yuxarı hissəsi mum sürtülmüş parçadan, dəstəyi isə sümükdən hazırlanırdı. Günəşdən qorunmaq üçün yaradılan çətirdən yağışdan qorunmaq məqsədilə ilk dəfə 1750-ci ildə istifadə edilib. İndi ondan günəşdən qorunmaq üçün demək olar ki, istifadə olunmasa da, yağışlı günlərin ən etibarlı aksesuarı hesab edilir. XIX əsrin ikinci yarısında çətirlər indiki görkəmini almağa başlayıb. Həmin vaxtlar çətirin dəstəyi və milləri metaldan, örtüyü isə xüsusi su keçirməyən materialdan hazırlanırdı.

AZƏRTAC-ın fotomüxbiri, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun fotoobyektivi yağışlı günlərin qoruyucu olan çətirləri gündəmə gətirib. Hansısa rakursdan baxanda göbələyi, hansısa rakursdan panamanı xatırladan çətirlər yağışlı havanın əsas atributlarından biridir. Yağışlı havada tünlük küçədə çətirlər mavi səmaya çəkilmiş rəngbərəng çadırı xatırladır. Çətir adi məişət əşyası deyil, həm də bir sıra hallarda iki ürəyin açılmış bir çətir altında döyünməsi, yanaşı addımlayan iki nəfərin könül sirdaşlığıdır. Bir çətir altında ən munis duyğuları da bölüşmək olar...

Artıq təbiətdə payız son günlərini yaşayır. Qışın soyuq nəfəsi getdikcə daha çox hiss olunmağa başlayır. Yağışlı günlərin sayı artır, hətta bəzən ara-sıra qar dənələri də düşür. Bu o deməkdir ki, səhərlər evdən çıxanda havadan asılı olmayaraq çətir götürməyi unutmamaq lazımdır. Hər an yağış yağa, qar səpələyə, nur damlaları əyin-başımızı islada bilər. Soyuq qış, ardınca da yağışlı yaz gəlir. Ona görə də ən yaxşısı başımız üstə açılmış çətirin olmasıdır...

-1 / 25

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri