Icma.az
close
up
RU
“Yağışdan sonra camaat evlərini qoyub buradan köçüb...” Video

“Yağışdan sonra camaat evlərini qoyub buradan köçüb...” Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Aprel ayında yağan intensiv yağışlardan sonra evlərimizi su basıb. Bütün otaqlar, zirzəmi, həyət dizə qədər palçığın içərisindədir. Yaşamağa şərait olmadığına görə kənd sakinləri evlərini tərk edib Yaşmada, Tağıyev qəsəbəsində, digər yaxın ərazilərdə kirayədə və ya qohumlarının evində məskunlaşıblar”.

Bu şikayətlə “Qafqazinfo”ya Xızı rayonunun Sitalçay kəndinin bir qrup sakini müraciət edib. 

Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem aradan qalxmayıb: “Bizim kənddə 70-ə yaxın ev yaşanılmayacaq vəziyyətdədir. Bəzi evlərdən suları çəkiblər, amma hamısına köməklik olunmayıb. İcra nümayəndəliyindən ancaq gəlib aktlaşdırıb gediblər, artıq 16 gündür ki, bu vəziyyətdəyik, bütün evimiz, təsərrüfatımız su, palçıq altındadır. Dərdimizlə maraqlanan yoxdur...”

Vətəndaşlar evə dolan suyun məişət əşyalarını sıradan çıxardığını, onlara həm də ciddi maddi ziyan dəydiyini əlavə edirlər. 

Problemlə bağlı Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən sorğumuza cavab olaraq bildirildi ki, təkcə Sitalçayda deyil, digər kəndlərdə də sözügedən problemdən xəbərdardırlar: “Apreldəki güclü yağışlardan sonra Xızının Sitalçay, Yaşma və Giləzi kəndlərində 150 evi su basmışdı. Bütün su dolan evlərdən suyun çəkilməsi ilə bağlı sakinlərə köməklik olunub. Bütün evlər alktlaşdırılıb və aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə təqdim olunub”.

Fövqəladə Hallar Nazirliyindən isə sorğumuza belə cavab aldıq: “Mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, göstərilən məsələ Fövqəladə Hallar Nazirliyinin deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir”.

Xatırladaq ki, Azərbaycanda aprelin 16-da aramsız leysan yağışı yağıb, sel suları paytaxtla yanaşı, əksər rayonlarda ciddi fəsadlara yol açıb. 

Gülnar Əliyeva




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri