Icma.az
close
up
RU
Yağışlar bir iki həftə davam etsə, Bakıda daha ağır fəsadlar baş verə bilər Ramil Osmanlı

Yağışlar bir iki həftə davam etsə, Bakıda daha ağır fəsadlar baş verə bilər Ramil Osmanlı

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İntensiv yağan yağışlar səbəbindən paytaxtda və bölgələrdə çox sayda evi su basıb. Belə yerlərdən biri də Keşlə qəsəbəsidir. Bu qəsəbədə suyun dərinliyi 1 metri keçirdi. Daha sonra məlum olub ki, subasmaya səbəb kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub və həmin ev sökülüb.

Məlumatlara görə, paytaxtın bir çox ərazilərində kollektorlar, su xətləri üzərində tikilən evlər çoxdur. Bəs bu məsələnin həlli nədədir? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, problem o qədər dərindir və genişdir ki, saatlarla danışmaq kifayət etmir:

"Problem təkcə bir evin sökülməsi ilə həll olunsaydı, bu, yaxşı olardı. Amma təəssüf ki, belə deyil. Problem hər gün daha da dərinləşir və böyük ehtimalla bu proses davam edəcək. Ötən illər ərzində bu qədər yağıntı düşmədiyi üçün problemlər bu qədər qabarıq görünmürdü. Yağıntı normadan artıq olan kimi müvafiq qurumlar bunu “fövqəladə vəziyyət” adlandırmağa başladı. Halbuki fövqəladə vəziyyət bu cür olmur. Fövqəladə vəziyyət sırf təbiət hadisəsi olur və təbii proseslər nəticəsində yaranır. Məsələn, Bakını sel suları aparsaydı, bu başqa məsələ olardı. Amma Bakıda müəyyən icra və dövlət qurumlarının yararsız fəaliyyəti nəticəsində texniki, mühəndis və şəhərsalma sahələrindəki çox zəif fəaliyyət səbəbindən belə nəticələr ortaya çıxır. Mühafizə zolaqları yalnız kollektor xətləri ilə məhdudlaşmır. Kollektor bu sahədə müzakirə olunmalı məsələlərdən sadəcə biridir. Burada kanalizasiya xətləri, drenaj sistemləri, yolların yağışötürücü qurğuları mövcuddur. Yağış sularının ötürülməsi üçün bu qurğular yollar çəkilərkən tikilməli, istismar dövründə isə onlara düzgün qulluq olunmalı idi. Bundan əlavə, şəhərdaxili asfalt örtüklərində standartlara əməl olunmaması problemi də var. Problemlər o qədər çoxdur ki, sadalamaqla bitmir".

Müsahibimiz vurğuladı ki, bu istiqamətdə ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir:

"Bu tədbirlər görülməzsə, yağışlar daha bir-iki həftə davam etsə, daha ağır fəsadlar baş verə bilər. Diqqətçəkən məqam odur ki, problemlər daha çox yeni infrastruktur qurulan ərazilərdə müşahidə olunur, nəinki köhnə infrastruktura malik ərazilərdə. Sovet dövründə qurulmuş infrastrukturun olduğu ərazilərdə belə problemlər demək olar ki, görünmür. Şəhər daxilində köhnə yaşayış massivlərində bu cür hallara rast gəlinmir. Lakin yeni salınan ərazilərdə, məsələn "Ağ Şəhər" kimi böyük komplekslərdə və yeni qəsəbələrdə bu problemlər açıq şəkildə üzə çıxır. Bu isə onu göstərir ki, həmin ərazilərdə mühəndis-kommunikasiya işləri ya standartlara uyğun aparılmayıb, ya da bu işlərdə ciddi korrupsiya halları mövcuddur. Məsələn, istifadə olunmalı olan 1000-lik və ya 1200-lük ötürücü xətlərin əvəzinə 400-lük və ya 600-lük xətlərdən istifadə olunub. Üstəlik, bu xətlərin böyük hissəsi əvvəl istifadə edilmiş və ya yararsız vəziyyətdə olub. Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalı və geniş təhlil olunmalıdır. Hesab edirəm ki, bu, artıq mühüm araşdırma mövzusudur".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri