Icma.az
close
up
RU
Yağışlar ət bazarını da vurdu Bahalaşma olacaq

Yağışlar ət bazarını da vurdu Bahalaşma olacaq

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Azərbaycanda ət məhsullarının qiymətində yenidən artım müşahidə olunur. Bazarlarda və satış məntəqələrində xüsusilə mal və qoyun ətinin əvvəlki aylarla müqayisədə daha baha qiymətə təklif edildiyi bildirilir. Satıcılar qiymət dəyişikliklərini müxtəlif iqtisadi amillərlə əlaqələndirsələr də, alıcılar bahalaşmanın ailə büdcəsinə təsir etdiyini deyirlər. Mövzu həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə diqqət çəkir. Qiymət artımının səbəbləri və qarşıdakı dövrdə bazarda vəziyyətin necə dəyişəcəyi ilə bağlı fərqli fikirlər səsləndirirlər.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda ölkəmizdə elə bir mövsüm dövrü yaşanır ki, ərzaq rasionunda ət və ət məhsullarına tələbat azalır:

“Yaz və yay aylarında həm ətin saxlanma şəraitinin çətinləşməsi, həm də ərzaq səbətində alternativ qidaların artması nəticəsində ətə olan tələbat aşağı düşür. Bu da qiymətlərin ucuzlaşmasına səbəb olur.
Qurban bayramından sonra ətin qiymətində qismən ucuzlaşma və ya ən azı sabitləşmə müşahidə oluna bilər. Payız aylarında Azərbaycanda ətin qiymətində ciddi artım gözlənilir. Bunun əsas səbəbi hazırkı mövsümdə maldarlıq təsərrüfatları üçün yem tədarükü sahəsində yaranan problemlərlə bağlıdır. Son dövrlərdə havaların intensiv yağıntılı keçməsi xüsusilə yem bitkilərinin əkildiyi sahələrdə biçin və tədarük prosesinə ciddi mənfi təsir göstərib. Hazırda regionlarda yonca təsərrüfatlarında biçin dövrü getsə də, yağıntıların çox olması həm biçin işlərini gecikdirir, həm də tədarük edilməli məhsulun bir hissəsinin məhv olmasına səbəb olur. İlkin mərhələdə, xüsusilə birinci biçin dövründə yonca təsərrüfatları ciddi zərərə məruz qalıb və məhsuldarlıq əhəmiyyətli dərəcədə azalıb”.
O qeyd edib ki, bu azalmanın təsiri isə bir neçə aydan sonra, payız mövsümündə daha aydın hiss olunacaq:
“Problemlər yalnız yonca təsərrüfatları ilə məhdudlaşmır. Maldarlıq üçün yem məqsədilə əkilən digər bitkilərdə də oxşar vəziyyət müşahidə olunur. Buraya qarğıdalı və çuğundur sahələri də daxildir. Müşahidələr göstərir ki, əlverişsiz hava şəraiti həmin məhsulların tədarükünü ciddi şəkildə çətinləşdirib və bəzi hallarda məhsuldarlıq demək olar yarıyadək azalıb.
Bütün bunlar nəticə etibarilə yem tədarükünün maya dəyərini artıracaq. Bu isə payız aylarında maldarlıq təsərrüfatlarında xərclərin yüksəlməsinə, nəticədə mal və qoyun ətinin qiymətinin bahalaşmasına səbəb olacaq. Hazırkı qiymət artımı keçici xarakter daşıyır və böyük ehtimalla yay aylarında, təxminən sentyabra qədər ətin qiymətində ciddi bahalaşma müşahidə olunmayacaq. Lakin payız aylarından etibarən bazarda ətin qiymətinin nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri