Icma.az
close
up
RU
Yağlı saçlara qulluq edilməsi

Yağlı saçlara qulluq edilməsi

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.

Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar pis parıldayır, birbirinə yapışırlar. Belə saçlara toz və çirk də daha tez yapışır. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər (yağlı seboreya) görmək olur.

Saçların yağlı olmasının səbəbləri dərinin yağlı olması səbəbləri ilə eynidir: irsiyyət, qeyri-düzgün qulluq və s. Bəzi hallarda saçların həddindən artıq yağlı olmasının səbəbi sinir və endokrin sistemlərinin fəaliyyətində olan pozğunluqlar olur. Buna görə də saçlarınızın çox yağlı olduğu halda məsləhət üçün mütləq həkim-trixoloqa (saçların müalicəsi üzrə ixtisaslaşan mütəxəssis) müraciət etmək lazımdır. Tələb olunduğu halda həkim-trixoloq sizi endokrinoloq, nevropatoloq və digər həkimlərin müayinəsinə də göndərə bilər. Belə ki, əksər hallarda qadınların endokrin sistemində olan hormonal pozğunluqlar saçların artıq dərəcədə yağlanmasına səbəb olur. Bu halda, əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal vəziyyətə qayıdır.

Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda da dilxor olmaq lazım deyil. Düzgün qulluq edilməsi sizin saçlarınızı da sağlam, elastik və gözəl edə bilər.

Yağlı saçları onlar çirkləndikcə yumaq lazımdır. Yağlı saçların yuyulması üçün isti sudan istifadə etmək olmaz. Su nisbətən sərin olmalı, ancaq diskomfort yaratmamalıdır. Heç bir halda saçlarınızı digər tipli saçlar üçün nəzərdə tutulan şampunlarla yumaq olmaz. Bu halda piy vəziləri piyi daha çox miqdarda ifraz etməyə başlayır.

Bu tip saçlara qulluq etmək üçün yağlı saçlar üçün nəzərdə tutulan və tərkibində gicitkən, adaçayi, dəvədabanı, çöl qatırquyruğu, dəniz yosunları ekstraktları olan şampunlar, protein, A, S, K vitaminləri, sink tərkibli şampunlar, həmçinin xüsusi müalicəvi şampunlar yaxşı uyğun gəlir. Saçlarınızı hər gün yumalı olursunuzsa, bu məqsədlə saçların gündəlik yuyulması üçün nəzərdə tutulan (şampun qutusunun üzərindəki yazıları oxuyun) yumşaq şampunlardan istifadə etmək tövsiyə olunur. Saçların axırıncı yaxalanması üçün 1 litr suda 1 xörək qaşığı sirkə həll edilməsi ilə alınan məhluldan istifadə etmək olar.

Başı yumamışdan qabaq, başın dərisinə yağsızlaşdırıcı vasitələrdən hər hansı birini sürtmək daha yaxşı olardı: aloye (əzvay) şirəsi, müxtəlif müalicəvi otlardan hazırlanan dəmləmələr. Maksimal effektin alınması üçün, bu proseduraları günaşırı olmaqla, heç olmasa 1 ay müddətində yerinə yetirmək lazımdır.

- Şam və ya küknar ağacının yaşıl iynəli yarpaqlarından 3 xörək qaşığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib 20 dəqiqə qaynadın. Alınan tərkibi süzərək saçların yuyulmasından əvvəl başın dərisinə sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.

- Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.

- 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə ərzində vam odda qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.

- Heyva meyvəsinin mərkəzi hissəsini tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb vam odda qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldır, yağlı seboreyanı müalicə edir.

- Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.

- Əgər sizdə xardala qarşı dəri reaksiyası yoxdursa, saçlarınızı yuyarkən aşağıdakı tərkibdən istifadə etmək olar: 1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun və yaxalayın.

Sizin saçlarınız yağlıdırsa, sizə başın dərisini masaj etmək, saçlarınızı tez-tez daramaq olmaz! Çünki bunun nəticəsində piy vəzilərinin fəaliyyəti güclənir və piy ifrazı da artır. Yağlı saçları yalnız mütləq zərurət yarandığı halda daramaq lazımdır. Həm də bu zaman elə etmək lazımdır ki, daraq və ya şotka başın dərisinə toxunmasın. Bu halda dəri tərəfindən ifraz olunan piy saçların uzunluğu boyu daha az dərəcədə yayılacaq. Yağlı saçları dişləri daha iri, aralarındakı məsafə isə daha çox və ucları girdələşdirilmiş olan daraqla daramaq lazımdır. Darağın dişləri iti olduqda, onlar baş dərisini cızdığı üçün  dəri təfindən piy ifrazı daha da artacaq. Eyni məsləhət saçların yuyulmasına da aiddir – dırnaqlarınızla başın dərisini güclü qaşımaq olmaz.

Yağlı saçları yuduqdan sonra onları aşağıdakı ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir:

- 1 xörək qaşığı pıtraq bitkisinin təzə köklərini doğrayın və 2 xorək qaşığı qurudulmuş kalendula çiçəklərilə qarışdırın. Sonra üzərinə 1 litr qaynar su tökün və 20 dəqiqə vam odda qapağın altında qaynadıqdan sonra süzün. Həftədə iki dəfə olmaqla saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın. Bu tərkib baş dərisinin və saçların yağlılığını azaldır.

- Hərəsindən 2 xörək qaşığı qatırquyruğu, acı nanə, palıd qabığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib 40 dəqiqə saxladıqdan sonra süzün. Hazır olan dəmləmə ilə həftədə 2 dəfədən az olmayaraq yuyulmuş saçlarınızı yaxalayın.

- 2 xörək qaşığı xırda doğranmış gicitkən bitkisi, 1 xörək qaşığı palıd qabığı, 2 xörək qaşığı kalendula bitkisinin çiçəklərini qarışdırıb üzərinə 2 litr qaynar su əlavə edərək 30 dəqiqə saxladıqdan sonra süzün. Saçlarınızı alınan bu dəmləmə ilə yaxalayın və yumadan qurudun.

- Süzülmüş ilıq gicitkən dəmləməsinin (3 xörək qaşığı ot + 2 litr su) üzərinə 2 xörək qaşığı alma sirkəsi və ½ limonun şirəsini əlavə edin. Hazırlanmış dəmləməni yuyulmuş saçlarınıza sürtüb 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxşı-yaxşı yaxalayın. Bunu həftədə 1 dəfə etmək olar.

- 2 xörək qaşığı adaçayının üzərinə 1 litr qaynar su töküb 30 dəqiqə saxlayın və sonra süzün. Üzərinə 1 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın və təmiz saçlarınıza sürtün, bir qədər sonra saçlarınızı yaxşı-yaxşı yaxalayın.

- Gicitkən, palıd qabığı, dazı otu bitkilərindən bərabər miqdarda olmaqla 3 xörək qaşığı götürərək üzərinə 1 litr qaynar su tökün. 10-15 dəqiqə ərzində vam odda qapağın altında qaynadın, bir qədər soyudub süzün və saçlarınızı yuduqdan sonra yaxalayın.

Yağlı saçları ancaq çox nadir halda fen ilə qurutmaq və onlara forma vermək (“ukladka”) olar. Bütün digər hallarda saçlara fensiz qurumağa imkan vermək lazımdır. Yağlı saçları bir qədər qısa qırxmaq məsləhət görülür ki, bu zaman onlara forma vermək də lazım gəlməsin. Bu halda saçlar daha uzun müddət ərzində sağlam görünəcək və tez-tez yuyulma da tələb olunmayacaq.

Fendən istifadə edilməsinə zərurət yarandıqda, saçları yaş olarkən qurutmayın, qurumağına az qalmış fen ilə forma verin – bu halda yağlı saçlar isti havaya daha asan dözürlər. Ümumiyyətlə isə, yağlı saçları olanlar soyuq qurudulması olan fenlərdən istifadə etməlidirlər. Yağlı saçlara forma verilməsindən (“ukladka”) əvvəl onların üzərinə piy əleyhinə olan xüsusi vasitələr çiləmək lazımdır.

Yağlı saçlara qulluq edərkən onları tam şəkildə şəffaflaşdırmaq (“osvetleniye”) məsləhət görülmür, yaxşı olar ki, onlara “melirovaniye” edəsiniz. Saçların şəffaflaşdırılması nəticəsində onlar nahamar olduqları üçün piyi özlərinə daha yaxşı hopdururlar. Saç boyaları yağlı saçları bir qədər yağsızlaşdıra bilər. Əgər siz saçlarınızın təbii rəngini dəyişmək istəmirsinizsə, eyni çalara malik olan boya seçə bilərsiniz. Saçların yağlanmasını ləngitmək üçün onların yüngül kimyəvi burulmasını etmək olar. Ancaq bunu yalnız 6 aydan bir edin.

Saçları yağlı olanlar müəyyən pəhrizə əməl etməlidirlər. Yemək təzə hazırlanmış, zülal və minerallarla zəngin olmalıdır. Yağsızlaşdırılmış süd məhsulları (kefir, qatıq, asidofilin, kəsmik və s.) də xeyirli hesab olunur. Meyvə və tərəvəzlər (xüsusən də kələm və çuğundur), maş, lobya, balıq, yağsız ət, sıyıqlar (düyü, yulaf, qarabaşaq və s.) da vacib hesab edilən qidalardır. Qeyd edilən bütün bu qidaların tərkibində silisium, kükürd, sink, dəmir, kobalt, mis və digər kimyəvi elementlər vardır ki, onlar da, orqanizmdə maddələr mübadiləsinin normal şəkildə getməsi üçün çox vacib hesab edilirlər.

Yağlı qidalar, konservləşdirilmiş və hisə verilmiş məhsullar, müxtəlif şorabalar, kəskin yeməklər, ədviyyatlar (qıtığotu, xardal, istiot), qəhvə və s. bu kimi məhsulların qəbul edilməsi məsləhət görülmür. Şokolad, yağlı xəmir məhsulları, ağ çörək, şəkər, heyvani piylərin qəbul edilməsini isə kəskin məhdudlaşdırmaq lazımdır. Bundan başqa, bütün orqanizmin sağlamlığı kimi, saçların da sağlamlığı üçün fiziki hərəkətlər, idmanla məşğul olmaq, təmiz havada gəzintilər də çox vacib hesab olunur. Fiziki hərəkətlər qan dövranını, maddələr mübadiləsini normallaşdırır, orqanizmdə yağların mənimsənməsini yaxşılaşdırır. Günəş şüaları saçları çox yaxşı yağsızlaşdırır, amma bu zaman müəyyən hədlərə də riayət etmək lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see415

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see218

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see211

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see188

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see152

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see143

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see132

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see127

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri