Icma.az
close
up
RU
Yalama qəhrəmanları ilə bağlı çağırış 350 şəhidin ruhu narahatdır VİDEO

Yalama qəhrəmanları ilə bağlı çağırış 350 şəhidin ruhu narahatdır VİDEO

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ziyalılar, ictimaiyyət nümayəndələri rus-bolşevik qoşunlarına qarşı döyüşənlərin xatirəsinin əbədiləşdirilməsinə çağırış edirlər

Yalama döyüşü qəhrəmanlarının adının əbədiləşdirilməsi məsələsi gündəmə gəlib. Ölkənin ziyalıları hesab edirlər ki, Yalamada 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin işğalının qarşısını almaq üçün Rusiyanın işğalçı ordusunun 70 minlik əsgərinə qarşı son damla qanınadək döyüşən və qəhrəmancasına şəhid olan 350 azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi onların narahat ruhlarını az da olsa rahatlada bilər.

Yalama döyüşü - 1920-ci il aprel ayının 27-si rus işğalçı ordusu şimal sərhədlərimizi pozaraq torpaqlarımıza daxil olurlar. Ordumuzun böyük əksəriyyəti Qarabağda erməni üsyançıları ilə döyüşdə olduğu üçün Yalama stansiyasında cəmi 350 cümhuriyyət əsgər və zabiti vardı. Bu 350 qəhrəman son nəfəri şəhid qanı ilə müqəddəs vətən torpaqları ilə bütövləşənə qədər 70 minlik ordu ilə qorxmadan, qaçmadan döyüşüb şəhid olublar. Məqsəd Xalq Cümhuriyyətinin işğalının qarşısını almaq idi. Təəssüf ki, qeyri-bərabər döyüş onların məqsədlərinə çatmasına imkan verməyib. Amma ictimaiyyət nümayəndələri hesab edirlər ki, qəhrəmanlarımızın adının əbədiləşdirilməsi vacibdir ki, bu istiqamətdə az iş görülüb.

“Qafqaz TV” “YouTube” kanalı mövzu ilə bağlı material hazırlayıb. Materialda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı xatırladıb ki, bu yaxınlarda Prezident İlham Əliyev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində dünya miqyaslı bir çox məsələyə toxunub: “Son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi məsələsinə də Prezident müsahibəsində münasibət bildirdi. Ölkə başçısı 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin məhz rus bolşevikləri tərəfindən işğal edildiyini xüsusi şəkildə qeyd etdi”.

Qeyd edək ki, Prezident müsahibədə bildirib: “İzah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”.

E.Şıxlı bildirib ki, son zamanlar Rusiyanın təbliğat maşını və təbliğatçıları, politoloqları, siyasətçiləri telekanallarda deyirlər ki, guya ki, Azərbaycan heç vaxt müstəqil olmayıb: “Deyirlər ki, Azərbaycan dövləti olmayıb, guya Azərbaycana dövlətçiliyi Rusiya gətirib. Cənab Prezident Xalq Cümhuriyyətini xatırlatdı, bu dövlətin rus-bolşeviklər tərəfindən işğalı faktını söylədi. Məlumdur ki, bu barədə ilk dəfə 1990-cı illərdə mərhum akademik, o zaman deputat olan Ziya Bünyadov danışıb. Deyib ki, Yalamada belə bir döyüş olub, azərbaycanlılar Rusiya iddia etdiyi kimi, bolşevikləri gül-çiçəklə qarşılamayıb. Müəyyən müddət keçəndən sonra həmkarımız, mənim yaxın dostum Arif Əliyev “Yalama” adlı sənədli-bəddi əsər yazdı və həmin əsərdə Yalama qarnizonunun 350 qəhrəmanının şücaəti haqqında geniş məlumatlar var. Daha sonra həmin əsər əsasında “Qəhrəmanlar unudulanda ölürlər” adlı film çəkildi. Bu filmin rejissorluğunu mərhum dostumuz Rövşən Alımuradlı etdi, Arif Əliyev də filmdə aparıcı qismində çıxış etdi. Amma hesab edirik ki, Yalama qəhrəmanlarının adının əbədiləşdirilməsi üçün daha çox iş görülməlidir. Əvvəllər də bu barədə çıxışlarımız olub. İndi yenidən məsələnin üzərinə düşülməsinin tam vaxtıdır”.

“Azərbaycan ziyalıları, ictimaiyyət belə düşünür ki, Yalama döyüşünün və döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi lazımdır. Yalama döyüşünün baş verdiyi ərazidə Azərbaycanın müstəqilliyi, suverenliyi üçün canını qurban vermiş bizim 350 qəhrəmanımızı hansısa formada əbədiləşdirilməsi vacibdir. Balaca bir stend, yaxud hekəl qoyula bilər. Daha sonra məsləhət bilinərsə, böyük bir abidənin qoyulması da mümkündür. Biz tariximizdə baş verən faktları dünyaya göstərmədiyimiz müddətdə, bunu sübuta yetirməyincə, Rusiya təbliğatçıları dediyi kimi, deyəcəklər ki, Azərbaycan heç vaxt müstəqil olmayıb. Azərbaycan Konstitusiyasında da yazılıb ki, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, onun işini davam etdirir. Bizim məqsədimiz odur ki, döyüşlərin getdiyi yerdə 350 qəhrəmanımızın xatirəsi əbədiləşdirilsin. Düşünürəm ki, səsimizə hamı səs verəcək. Yüz ildən artıqdır ki, qəhrəmanlarımızın narahat ruhları nəhayət, sakitlik və hüzur tapacaq”, - E.Şıxlı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri