Yalan qulların və ağaların dini, həqiqət isə... Maksim Qorkidən aforizmlər
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Maksim Qorkinin anım günüdür.
Kulis.az yazıçının ən məşhur sitatlarını təqdim edir.
"Bütün kilsələrin əsas işi budur: bədbəxt kəndliyə təlqin etsin ki, onlar üçün yerdə xoşbəxtlik yoxdur, səadət onları göylərdə gözləyir. Və özgəsinə katorqa zülmüylə işləmək Allaha xoş gedir".
"Əgər birinə tez-tez “sən donuzsan” desən, o, əvvəl-axır xortuldamağa başlayacaq".
"Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini..."
"Həyat bizi kart kimi paylayır. Yalnız təsadüfən və bir anlığa biz öz yerimizə düşürük".
"Yalan qulların və ağaların dini, həqiqət isə azad insanın Allahıdır".
"Bilikdən böyük qüvvə yoxdur, biliklə silahlanmış şəxs məğlubedilməzdir".
"Bədbəxtlərin bəlası olan yaddaş keçmişin daşını da canlandıra bilər, zəhəri belə bala çevirər..."
"Əsgərin tüfəngi olan kimi ədəbiyyatçının da silahı dilidir. Silah nə qədər yaxşı olarsa, döyüşçü o qədər güclüdür".
"Vicdanlı müəllim həmişə diqqətli şagird olmalıdır".
"Həqiqət budur - İnsan! Hər şey İnsanda, hər şey İnsan üçündür! Mövcud olan yalnız insandır, qalanları onun əllərinin və beyninin məhsuludur. İn-san! Çox möhtəşəmdir. İnsan - çox qürurvericidir!"
“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri
Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















