Icma.az
close
up
RU
Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?

Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzün ən aktual xəstəliklərindən biri də “rəxit” xəstəliyidir. Görəsən bizim körpələr həqiqətən də xəstədirlər?

Uşaqlara ən çox qoyulan diaqnozlardan biri də rəxit xəstəliyidir. Bu xəstəlik barədə geniş məlumat verməkdənsə, valideynlərə çox daha faydalı olacaq bir sıra praktik məsləhətlər verməyi doğru bildim.

1. Bəzən həkim körpəni müayinə edərək ona “rəxit” diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini başlayır. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq olaraq onun qan analizlərinə baxılmalıdır. Bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyildir. Mütləq olaraq qan analizləri edilməli və əgər xəstəlik varsa növü və dərəcəsi dəqiqləşdirilməlidir. Ancaq bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsiyum preparatları ayarlanaraq istifadə edilməlidir.

2. Bir çox həkimlər sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və uşaqlara “rəxit” xəstəliyi diaqnozu qoyurlar:

Başın böyük və ya quruluşunda bəzi əyriliklərin olması. Düzdür rəxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan rəxitdir. Ümumiyyətlə məlumdur ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyacaq olan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər diqqətə alınmadan bir uşağın başına baxaraq bunun başı böyükdür demək və bununla da ona rəxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyildir.
Əmgəyin geniş olması. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan uşaq da rəxit deyildir.
Döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə rəxitdir və ya rəxit xəstəliyi keçirmişdir deyilir və kor-koranə kalsium preparatları verilməyə başlanılır. Məlumdur ki, döş qəfəsindəki bir çox əyriliklər vardır ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyildir. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal bir haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır.
Başın arxasında saç tökülməsinin olması və ya çox tərləmə. Bilirik ki, bir çox normal körpə və uşaqlarda da bu əlamətlər ola bilər. Belə ki, körpələr məxsusən baş nahiyəsindən tərləyərlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır.

3. Rəxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hər tərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen filmi çəkilməlidir. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər.

4. Azərbaycanda olan müşahidələrimdə rəxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etdim. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (verilən müalicələr nəticəsində) kalsium və D vitaminin olduğunu da müəyyən etdik.

Müəllif: Altay Abdullaoğlu, pediatr-neonatoloq

Vib.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri