Yalçın Rəfiyev: Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi tarixə mühüm islahatlarla düşüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Qoşulmama Hərəkatında (QH) dörd ildən artıq müddətdə davam edən sədrliyi dövründə mühüm təşəbbüslərlə çıxış edib. Bu sədrlik Hərəkatın tarixində ən uzun və fəal dövrlərdən biri kimi yadda qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında söyləyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində bir sıra institusional islahatlar həyata keçirilib, o cümlədən Gənclər Təşkilatının yaradılması bu islahatların önəmli nəticələrindəndir: “Təşkilatın təsis iclası Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilib və bu iclasın nəticəsi olaraq “Şuşa Bəyannaməsi” qəbul edilib. Bu, Azərbaycanın Hərəkat çərçivəsində gənclər siyasətinə verdiyi strateji əhəmiyyəti göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















