Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yalçın Rəfiyev: Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib

Yalçın Rəfiyev: Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Afrika bu gün dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti ilə qitə artıq qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında mühüm rol oynayır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.

“Afrika İttifaqı hazırda G20-nin tamhüquqlu üzvüdür. Afrika həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bunu tam dəstəkləyir.

Azərbaycan üçün Afrika uzaq qitə deyil. O, tərəfdaşların, dostların və ortaq arzuların qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmət, həmrəylik, ərazi bütövlüyü və suverenliyə dəstək prinsipləri üzərində qurulub. Bu fürsətdən istifadə edərək, işğal illərində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə görə bütün Afrika ölkələrinə təşəkkür edirəm".

XİN rəsmisi bildirib ki, son illərdə Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Siyasi dialoq intensivləşib, diplomatik təmaslar artıb və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: "Ötən ildən bəri Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib. Azərbaycan Respublikasının çoxşaxəli nümayəndə heyəti tərəfindən beş hökumət missiyası həyata keçirilib. Bu gün Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir və həmin ölkə ilə də bu ilin sentyabr ayında münasibətlərin qurulması planlaşdırılır”.

Bildirilib ki, son üç ildə Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarından 2025-ci ildə 580 milyon ABŞ dollarına yüksəlib. Bu ciddi artım iqtisadi tərəfdaşlığımızın böyük potensialını nümayiş etdirir.

Qeyd olunub ki, son üç ildə Azərbaycana ikitərəfli səfərlər və müxtəlif tədbirlər çərçivəsində gələn Afrika liderlərinin sayı əhəmiyyətli dərəcədə artıb: "Bu siyahıya Somali, Keniya, Misir, Ruanda, Anqola, Qana, Qvineya-Bisau, Mavritaniya, Zimbabve, Madaqaskar, Mavriki və digər ölkələrin prezidentləri və hökumət başçıları daxildir. Enerji və bərpa olunan enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, mədən sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiya və dövlət xidmətlərinin göstərilməsi kimi sahələrdə geniş əməkdaşlıq imkanları görürük. 2024-cü ildə Azərbaycan COP29 tədbirinə ev sahibliyi edib. Afrika ölkələrinin COP29-da fəal iştirakını yüksək qiymətləndiririk. Tədbirdə qəbul edilən yeni kollektiv maliyyə məqsədi mühüm addım oldu.

Lakin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxış imkanlarının yaxşılaşdırılması üçün hələ çox iş görülməlidir. Biz həmişə Afrikanın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizədə xüsusi şəraitini tanımış və bunu təşviq etmişik.

Humanitar əməkdaşlıq sahəsində də mühüm fəaliyyətlər həyata keçirmişik. Heydər Əliyev Fondu və Leyla Əliyeva bir sıra Afrika ölkələrində mühüm humanitar layihələr reallaşdırıblar.

Azərbaycanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrikada müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyə davam edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 May 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri