Icma.az
close
up
RU
Yalnız bir dövlətin istəyi ilə Xəzərin problemlərini həll etmək mümkün deyil Deputat

Yalnız bir dövlətin istəyi ilə Xəzərin problemlərini həll etmək mümkün deyil Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib.

Təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı Xəzər dənizində mövcud problemləri dilə gətirib və Xəzərin suyunun quruması ilə əlaqədar həyəcan təbili çaldı.

"Eyni zamanda, Xəzər dənizinin flora və faunasının qorunması üçün təxirəsalınmaz işlərin görülməsinin vacibliyinə diqqət çəkdi. Mən düşünürəm ki, artıq bütün region dövlətlərini Xəzər dənizinin qarşılaşdığı mövcud problem narahat edir. Böyük ehtimalla Xəzəryanı dövlətlərin ölkə rəhbərlərinin və xüsusi komissiyalarının bu məsələ ilə bağlı bir araya gəlməsi, problemin həlli üçün strateji planın hazırlanmasının zamanı çoxdan çatıb və yəqin ki, bu məsələlər yaxın dövrdə reallaşacaq. Azərbaycan və Qazaxıstan prezidentlərinin təşəbbüsləri digər dövlətlər tərəfindən də dəstəklənəcək və Xəzərin mövcud problemlərinin aradan qaldırılması üçün xüsusi tədbirlər həyata keçiriləcək. Çünki yalnız bir dövlətin istəyi ilə Xəzərin problemlərini həll etmək mümkün deyil. Xəzər Xəzəryanı dövlətlərin hər biri üçün önəmlidir və hər kəsin bu problemi aradan qaldırmaq öhdəliyi var. Bu baxımdan, dövlətlər birlikdə səylər ortaya qoymalı, qərarlar qəbul etməli və problemin həlli üçün birgə fəaliyyət proqramı reallaşdırmalıdır", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri