Icma.az
close
up
RU
Yalnız birgə səylərlə məqsədlərimizə çata bilərik Vitse spiker

Yalnız birgə səylərlə məqsədlərimizə çata bilərik Vitse spiker

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Martın 3-də GUAM Parlament Assambleyasının (GUAM PA) videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

Redaktor.az xəbər verir ki, əvvəlcə GUAM PA-nın komitələrinin və Bürosunun iclasları keçirilib, gündəlikdə duran məsələlər müzakirə olunub, qurumun komitə iclaslarının yekunları, ötən sessiyasının yekun sənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Həmin gün GUAM Parlament Assambleyasının 17-ci sessiyası keçirilib. Sessiya çərçivəsində “GUAM üzvü olan dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün, iqtisadi və humanitar dayanıqlığının təmin edilməsi, ən ali məqsəd kimi” mövzusunda konfrans baş tutub.

Azərbaycan sədrliyi ilə keçirilən onlayn tədbiri giriş sözü ilə açan Milli Məclisin sədr müavini və GUAM PA-da nümayəndə heyətimizin rəhbəri Musa Qasımlı, konfransın mövzusu barədə danışıb. Qeyd olunub ki, GUAM üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü, iqtisadi və humanitar dayanıqlığı kimi mühüm məsələlərin müzakirəsi günümüzdə müasir çağırışlar fonunda çox aktualdır. Bildirilib ki, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü yalnız bizim müstəqilliyimizin təməli deyil, həm də sabit və dayanıqlı inkişaf üçün zəruri şərtlərdir. Hər bir dövlətin müstəqilliyi üçün bu əsas dəyərlərin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan üçün bu prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Təşkilata  üzv ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə dialoqu və əməkdaşlığı inkişaf etdirmək vacibdir. Bu, qarşılaşdığımız çağırışlara və təhdidlərə daha effektiv cavab vermək imkanı yaradacaq.

Musa Qasımlı qeyd edib ki, iqtisadi dayanıqlıq, dövlətlərin inkişafını təmin etmək üçün əsas amillərdən biridir. "Yaşıl Dəhliz" kimi birgə layihələr, regiondakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və uzunmüddətli iqtisadi sabitliyi təmin edəcək.

Milli Məclisin sədr müavini çıxışının sonunda xüsusi olaraq vurğulayıb ki, yalnız birgə səylərlə biz məqsədlərimizə çata bilərik. Suverenlik və ərazi bütövlüyü, iqtisadi və humanitar dayanıqlıq yalnız sözlər deyil, bizim fəaliyyətimizi istiqamətləndirməli olan prinsiplərdir.

İclasda Gürcüstandan deputat Tornike Çeişvili, Moldovadan deputat Aleksandr Trubka və Ukraynadan deputat Svyatoslav Yuraş iştirak ediblər.

Tədbirdə GUAM PA-nın 17-ci sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see200

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see158

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri