Icma.az
close
up
RU
“Yalvarırlar ki, bizi üzv edin, sonra da... : “Biabırçılıqdır”

“Yalvarırlar ki, bizi üzv edin, sonra da... : “Biabırçılıqdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu məsələ haqqında xüsusi heç nə deyə bilmərəm, çünki mən bütün bunlardan kənardayam. Mən orada məsləhətçi kimi fəaliyyət göstərirəm. İkincisi də, yalvara-yalvara gəlib, kitab göstərib, ordan-burdan rəy alıb deyirlər ki, bizi İttifaqa üzv olaraq qəbul edin. Ay qardaş, üzv seçilmisənsə haqqını da ödə”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a tanınmış yazıçı Seyran Səxavət deyib. O bildirib ki, İttifaqa üzv olan hər kəs bilir ki, illik 15 manatı ödəməlidir:

“Ümumiyyətlə AYB-yə kimisə üzv olaraq qəbul edəndə çox şeylərə diqqət etmək lazımdır. Ora hər zaman müqəddəs yer olub.

Yığılan pulların da hara getdiyini deyə bilmərəm. Guya ortada nə pul var ki? İllik 15 manatdır. Mən özüm də vaxtlı-vaxtında ödəyirəm. Bu bir az uşaqca söhbətlərdir. Üzv olanda bilirsən ki, 15 manatı ödəməlisən. Yaxşı edirlər”. 

Yazıçı vurğulayıb ki, ödənişi etməyən hər kəsi üzvlükdən azad etmək lazımdır:

“Kimin istedadı yoxdusa, gəldiyi yol ilə də geri getməlidir. Üzvlük haqqı nədir ki, ondan azad olmaq da kiməsə nəsə qazandırsın. Bu, biabırçılıqdır. 15 min deyil, 20 min deyil. Kimsə əgər iddia edirsə ki, 15 manatdan azad olsun, getsin o 15 manata 3 metr kəndir alıb, özünü assın. Sizdən soruşuram, elə bir adam varmı ki, il ərzində 15 manat pulu olmasın? Yoxdur. Əbləhliyin dərəcəsinə baxın. Bəşəriyyət nələrdən azad olmaq istəyir, Azərbaycan yazıçısı da 15 manatdan... Fərqə bax də”.

Qeyd edək ki, AYB sədri, Xalq yazıçısı Anar Rzayev üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklərini deyib. O bildirib ki, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə bu gün rəsmi yazılı xəbərdarlıq da elan olunacaq.

Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.

O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri