Yanacağın bahalaşması taksi və marşurut sisteminə təsir edəcəkmi ? EKSPERT DANIŞDI
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hər bir məhsul və ya xidmətin son qiymətinin formalaşmasında əsas müəyyənedici amil onun maya dəyəridir. Maya dəyərinə təsir göstərən başlıca faktorlar sırasında enerji daşıyıcılarının, xüsusilə də yanacağın qiyməti mühüm yer tutur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, enerji resursları istehsal və xidmət proseslərinin demək olar ki, bütün mərhələlərində iştirak etdiyindən, bu sahədə baş verən dəyişikliklər ümumi qiymət səviyyəsinə birbaşa təsir göstərir:
"Nəqliyyat sektoru-taksi, avtobus və yükdaşıma xidmətləri-yanacaq xərclərindən ən çox asılı olan sahələrdəndir. Yanacağın qiymətində artım baş verdiyi halda, bu, avtomatik olaraq nəqliyyat xidmətlərinin maya dəyərinin yüksəlməsinə səbəb olur. Nəticə etibarilə, xidmət göstərən subyektlər maliyyə balansını qorumaq məqsədilə müvafiq dövlət qurumlarına, o cümlədən Tarif Şurasına müraciət edərək qiymətlərin yenidən tənzimlənməsini tələb edə bilərlər.
Dövlət tərəfindən tətbiq edilən subsidiyalar qısamüddətli dövrdə qiymətlərin sabit saxlanmasına müəyyən dərəcədə imkan yaratsa da, uzunmüddətli perspektivdə bu mexanizm dövlət büdcəsi üçün ciddi maliyyə yükü formalaşdıra bilər. Bu səbəbdən subsidiyaların azaldılması və ya mərhələli şəkildə ləğvi qaçılmaz olduqda, həmin qərarların qiymətlərə təsiri də labüd olur.
Belə şəraitdə dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi iqtisadi tarazlığın qorunmasıdır. Bu, bir tərəfdən xidmət göstərən təsərrüfat subyektlərinin zərərə düşməsinin qarşısının alınmasını, digər tərəfdən isə əhalinin sosial cəhətdən həssas qruplarının maraqlarının müdafiəsini nəzərdə tutur. Qiymət artımları yalnız obyektiv iqtisadi əsaslara söykəndiyi və sosial təsirləri nəzərə aldığı halda məqbul hesab edilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















